Qadınlardan ibarət 3x3 yığma komandamızın "Paris-2024" Olimpiya təsnifat qruplarındakı rəqibləri müəyyənləşib

  3x3 basketbol üzrə qadın millimizin “Paris-2024” Olimpiya oyunlarında iştirak etmək üçün 12-14 aprel tarixlərində baş tutacaq ilk təsnifat oyunlarında, qrupdakı rəqibləri bəlli olub. 8 komandanın iştirak etdiyi ilk təsnifat oyunlarında, yığmamız B qrupunda Niderland, Monqolustan və Çili komandaları ilə qarşılaşacaq. Honkonqda keçiriləcək qrup oyunlarında, qruplarda ilk iki pilləni tutmuş komandalar təsnifat mərhələsinin yarımfinalına vəsiqə qazanacaqlar. Daha sonra yarımfinallarda qalib olmuş komandalar finala, finalda qələbə qazanmış kollektiv isə Olimpiadaya vəsiqə qazanacaq. İkinci təsnifat oyunları isə 16-19 may tarixlərində Macarıstanın Debretsen şəhərində baş tutacaq. A qrupunda qərarlaşmış millimiz, Almaniya, Polşa və Tunis yığmaları ilə üz-üzə gələcək. Qeyd edək ki, 16 komandanın iştirak etdiyi ikinci təsnifat mərhələsində, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar. İlk təsnifat mərhələsindən fərqli, ikinci təsnifat mərhələsində təsnifat turnirini ilk 3 sırada tamamlamış yığmalar Olimpiadaya vəsiqə qazanacaqlar. Məlumat üçün bildirək ki, 8 komanda arasında keçiriləcək ilk təsnifat oyunlarında millimiz çempion olarsa, Olimpiadaya vəsiqəni təmin edəcək və artıq ikinci təsnifat oyunlarında iştirak etməyəcək

Paylaş

Xəbərlər

  • Hamısı
  • Əsas
  • Faydalı

Debütant "Xəzri" final seriyasına darmadağınla start verib

  16 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) final seriyasının ilk oyunu baş tutub. "Sabah" və "Xəzri" komandaları arasında final seriyasının birinci oyununda arenada əsl anşlaq yaşanıb. Oyunun əvvələrindən üstünlüyü ələ keçirən "Xəzri", yekunda 95-70 hesablı önəmli qələbə qazanıb. Bu qələbə ilə "Xəzri" final seriyasında 1-0 hesablı üstünlük əldə edib. Ən məhsuldar basketbolçular: "Sabah" (Maykl Holton - 19 xal, 9 asist), "Xəzri" (Ceremi Maklaflin - 20 xal, 5 ribaund)

  Qeyd edək ki, final seriyasının ikinci oyunu 19 may tarixində keçiriləcək.

Daha çox

16 may 2024

"Xəzri" Azərbaycan Basketbol Liqasının finalında "Sabah" ın rəqibidir !

  11 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti yarımfinal oyunu baş tutub. Pley-off 'un yarımfinal mərhələsində, "Xəzri" və "NTD-İNDİQO" komandaları seriyanın 2-ci oyununa çıxıblar. Oyunun əvvələrindən üstünlüyü "NTD-İNDİQO" ələ keçirsə də, sonradan geridönüş etməyi bacaran debütant "Xəzri" yekunda 86-81 hesablı qələbə qazanıb. Bu qələbə ilə "Xəzri" seriyada 2-0 hesablı qalibiyyət əldə edib və finalda "Sabah" ın rəqibi olub. "NTD-İNDİQO" isə 3-cü yer uğrunda "Xırdalan" klubu ilə oyunlarda iştirak edəcək. Ən məhsuldar basketbolçular: "Xəzri" (Cordan Perkins - 23 xal, 8 asist), "NTD-İNDİQO" (Qeylen Smit - 22 xal, 12 ribaund)

  Qeyd edək ki, "Xəzri" və "Sabah" klubları arasında final seriyasının ilk oyunu 16 may tarixində keçiriləcək.

Daha çox

11 may 2024

"Sabah" Azərbaycan Basketbol Liqasında ilk finalçıdır !

  10 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti yarımfinal oyunu baş tutub. Pley-off 'un yarımfinal mərhələsində, "Xırdalan" və "Sabah" komandaları seriyanın 2-ci oyununa çıxıblar. Oyunun əvvələrindən bərabər şəkildə davam edən mübarizə, yekunda "Sabah" klubunun 81-62 hesablı qələbəsi ilə bitib. Bu qələbə ilə "Sabah" seriyada 2-0 hesablı qalibiyyət əldə edib və ilk finalçı olub. Ən məhsuldar basketbolçular: "Xırdalan" (Cessi Qi - 15 xal, 5 ribaund), "Sabah" (Maykl Holton - 22 xal, 4 ribaund)

Daha çox

10 may 2024