Azərbaycan Basketbol Liqasında ikinci tura start verildi
19 oktyabr tarixində "Sərhədçi" İdman Mərkəzinin idman zalında basketbol üzrə Azərbaycan çempionatında (ABL) 2-ci turun iki oyunu baş tutdu. Turun ilk görüşündə çempionatın lideri "Gəncə" komandası, "Zirvə Astara" basketbolçularının qonağı idi. Son topa qədər davam edən oyunda Gəncəlilər yekunda rəqibi üzərində 77-78 hesablı qələbəyə sevindilər. Ən məhsuldar basketbolçular: "Gəncə BK" ( Abdulay Bundu 24 xal), "Zirvə Astara BK" (Nikolos Lolişvili 17xal). Turun ikinci oyununda "Sərhədçi PİK" və "Neftçi İK" komandaları qarşılaşırdılar. İlk qarşılaşma kimi, bu oyun da gərgin mübarizə şəraitində keçdi və sonda "Neftçi İK" basketbolçuları parketdən 80-85 hesablı qələbə ilə ayrıldılar. Ən məhsuldar basketbolçular: "Sərhədçi PİK" (Endər Poladxanlı - 33 xal), "Neftçi İK" (Mohsen Moradxani - 21 xal).
Qeyd edək ki, ikinci turun digər iki görüşü ("AAAF Xırdalan BK"-"Sabah BK", "Olimpik Şəki BK"- "NTD BK") 22 oktyabr tarixində "Sərhədçi" İdman Mərkəzində oynanılacaq.
Xəbərlər
- Hamısı
- Əsas
- Faydalı
Debütant "Xəzri" final seriyasına darmadağınla start verib
16 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) final seriyasının ilk oyunu baş tutub. "Sabah" və "Xəzri" komandaları arasında final seriyasının birinci oyununda arenada əsl anşlaq yaşanıb. Oyunun əvvələrindən üstünlüyü ələ keçirən "Xəzri", yekunda 95-70 hesablı önəmli qələbə qazanıb. Bu qələbə ilə "Xəzri" final seriyasında 1-0 hesablı üstünlük əldə edib. Ən məhsuldar basketbolçular: "Sabah" (Maykl Holton - 19 xal, 9 asist), "Xəzri" (Ceremi Maklaflin - 20 xal, 5 ribaund)
Qeyd edək ki, final seriyasının ikinci oyunu 19 may tarixində keçiriləcək.
16 may 2024
"Xəzri" Azərbaycan Basketbol Liqasının finalında "Sabah" ın rəqibidir !
11 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti yarımfinal oyunu baş tutub. Pley-off 'un yarımfinal mərhələsində, "Xəzri" və "NTD-İNDİQO" komandaları seriyanın 2-ci oyununa çıxıblar. Oyunun əvvələrindən üstünlüyü "NTD-İNDİQO" ələ keçirsə də, sonradan geridönüş etməyi bacaran debütant "Xəzri" yekunda 86-81 hesablı qələbə qazanıb. Bu qələbə ilə "Xəzri" seriyada 2-0 hesablı qalibiyyət əldə edib və finalda "Sabah" ın rəqibi olub. "NTD-İNDİQO" isə 3-cü yer uğrunda "Xırdalan" klubu ilə oyunlarda iştirak edəcək. Ən məhsuldar basketbolçular: "Xəzri" (Cordan Perkins - 23 xal, 8 asist), "NTD-İNDİQO" (Qeylen Smit - 22 xal, 12 ribaund)
Qeyd edək ki, "Xəzri" və "Sabah" klubları arasında final seriyasının ilk oyunu 16 may tarixində keçiriləcək.
11 may 2024
"Sabah" Azərbaycan Basketbol Liqasında ilk finalçıdır !
10 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti yarımfinal oyunu baş tutub. Pley-off 'un yarımfinal mərhələsində, "Xırdalan" və "Sabah" komandaları seriyanın 2-ci oyununa çıxıblar. Oyunun əvvələrindən bərabər şəkildə davam edən mübarizə, yekunda "Sabah" klubunun 81-62 hesablı qələbəsi ilə bitib. Bu qələbə ilə "Sabah" seriyada 2-0 hesablı qalibiyyət əldə edib və ilk finalçı olub. Ən məhsuldar basketbolçular: "Xırdalan" (Cessi Qi - 15 xal, 5 ribaund), "Sabah" (Maykl Holton - 22 xal, 4 ribaund)
10 may 2024