"Gəncə" basketbol üzrə Azərbaycan Kubokunun qalibidir
26 mart Sərhədçi İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun final qarşılaşması baş tutdu. "Gəncə" və "NTD" komandalarının üz-üzə gəldiyi final oyununa gəncəlilər üstün başladılar. Lakin, oyunun ikinci hissəsində 20 xallıq fərqdən geri dönüş edən "NTD" komandası oyunu əlavə vaxta aparsa da, əlavə vaxtda "Gəncə" 100-89 hesablı qələbə qazanaraq kubokun qalibi oldu. Finalın ən dəyərli basketbolçusu "Gəncə" komandasının oyun qurucusu Kollin Törner seçildi. Ən məhsuldar basketbolçular: "Gəncə BK" (Kollin Törner - 38 xal, 13 ribaund ), "NTD BK" (Zak Hadson - 20 xal, 8 ribaund )
Mükafatlandırma mərasimində Gənclər və İdman Nazirliyinin nazir müavini xanım Mariana Vasileva və basketbol federasiyasının rəyasət heyətinin üzvüləri Bəxtiyar Aslanbəyli, Simuzər Feyzullayeva, Elnur Əliyev və Vilayət Vəliyevdə iştirak ediblər. Kuboku "Gəncə" komandasının kapitanı Amil Həmzəyevə xanım Mariana Vasileva təqdim edib
Xəbərlər
- Hamısı
- Əsas
- Faydalı
"NTD-İNDİQO" bürünc medalların sahibidir
18 may "Sərhədçi" İdman Mərkəzində Xaçmaz təmsilçisi "NTD-İNDİQO", Azərbaycan Basketbol Liqasının (ABL) bürünc mükafatları uğrunda "Xırdalan" klubu ilə seriyanın ikinci oyununu keçirib. Seriyanın ilk görüşündə qələbə qazanmış "NTD-İNDİQO", bu dəfə də rəqibini 92-83 hesabı ilə üstələyib və seriyanı 2-0 qalib tamamlayaraq, Azərbaycan Basketbol Liqasında bürünc mükafatının sahibi olub.
18 may 2024
Debütant "Xəzri" final seriyasına darmadağınla start verib
16 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) final seriyasının ilk oyunu baş tutub. "Sabah" və "Xəzri" komandaları arasında final seriyasının birinci oyununda arenada əsl anşlaq yaşanıb. Oyunun əvvələrindən üstünlüyü ələ keçirən "Xəzri", yekunda 95-70 hesablı önəmli qələbə qazanıb. Bu qələbə ilə "Xəzri" final seriyasında 1-0 hesablı üstünlük əldə edib. Ən məhsuldar basketbolçular: "Sabah" (Maykl Holton - 19 xal, 9 asist), "Xəzri" (Ceremi Maklaflin - 20 xal, 5 ribaund)
Qeyd edək ki, final seriyasının ikinci oyunu 19 may tarixində keçiriləcək.
16 may 2024
"Xəzri" Azərbaycan Basketbol Liqasının finalında "Sabah" ın rəqibidir !
11 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti yarımfinal oyunu baş tutub. Pley-off 'un yarımfinal mərhələsində, "Xəzri" və "NTD-İNDİQO" komandaları seriyanın 2-ci oyununa çıxıblar. Oyunun əvvələrindən üstünlüyü "NTD-İNDİQO" ələ keçirsə də, sonradan geridönüş etməyi bacaran debütant "Xəzri" yekunda 86-81 hesablı qələbə qazanıb. Bu qələbə ilə "Xəzri" seriyada 2-0 hesablı qalibiyyət əldə edib və finalda "Sabah" ın rəqibi olub. "NTD-İNDİQO" isə 3-cü yer uğrunda "Xırdalan" klubu ilə oyunlarda iştirak edəcək. Ən məhsuldar basketbolçular: "Xəzri" (Cordan Perkins - 23 xal, 8 asist), "NTD-İNDİQO" (Qeylen Smit - 22 xal, 12 ribaund)
Qeyd edək ki, "Xəzri" və "Sabah" klubları arasında final seriyasının ilk oyunu 16 may tarixində keçiriləcək.
11 may 2024