Nailiyyətləri

 Azərbaycan Basketbol Federasiyası (ABF) 1992-ci ildə yaranmışdır. 1993-cü ildən dövlət qeydiyyatına alınmış fedrasiya, 1994-cü ildən etibarən Beynəlxalq Basketbol Federasiyasının (FİBA) daimi üzvüdür

ABF-nın əsas məqsədi Azərbaycanda basketbol idman növünü inkişaf etdirmək və ölkəmizin idman şərəfini ucaltmaqdan ibarətdir. ABF öz fəaliyyətini Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və FİBA ilə qarşılıqlı əlaqədə həyata keçirir.

ABF-nın əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:

basketbol idman növünün Azərvaycanda geniş şəkildə təbliğ edilməsi və populyarlaşdırılması;

Azərbaycanda basketbol idman növünün inkişafı üçün perspektiv proqramların hazırlanması və onların həyata keçirilməsi;

müxtəlif yaş qrupları üzrə ölkədaxili yarışların təşkili və keçirilməsi;

yığma komandaların beynəlxalq yarışlarda iştirakını təmin edilməsi;

Azərbaycan basketbolunun beynəlxalq idman təşkilatlarında nüfüzunun artırılması;

basketbolun inkişafında əldə edilmiş beynəlxalq təcrübəni öyrənilməsi və ölkə daxilində tətbiq edilməsi;

basketbol sahəsində elmi-tədqiqat və metodik işlərin təşkil edilməsi;

yüksək ixtisaslı basketbolçuların və mütəxəssislərin hazırlıq sisteminin təkmilləşdirilməsi.

ABF müntəzəm olaraq ölkə çempionatlarını və Uşaq-Yeniyetmə Basketbol Liqasının yarışlarını keçirir. Bundan əlavə, ABF son dövrdə FİBA tərəfindən böyük əhəmiyyət verilən 3x3 basketbol idman növü üzrə ölkədaxili yarışların müntəzəm keçirilməsini təmin edir. Azərbaycanın kişi və qadınlardan ibarət 3x3 basketbol üzrə yığma komandaları ölkəmizi beynəlxalq arenalarda da uğurla təmsil edirlər.

ABF ölkəmizdə gənc basketbolçularının yetişdirilməsinə və onların inkişafına xüsusi diqqət yetirir və bu məqsədlə peşəkar məşqçilər tərəfindən davamlı seleksiya işlərinin aparılmasına şərait yaradılır  

Azərbaycan yığma komandalarının nailiyyətləri:

2005-ci il - I İslam Həmrəylik Oyunları (1-ci yer, kişilər)

2006-cı il - Avropa İnkişaf Kuboku (1-ci yer, kişilər)

2008-ci il - Avropa Çempionatı C divizionu (1-ci yer, kişilər)

2015-ci il - U-18 Avropa Çempionatı C divizionu (2-ci yer, oğlanlar)

2022-ci il - U-18 Avropa Çempionatı C divizionu (3-cü yer, oğlanlar)

2023-cü il - U-16 Avropa Çempionatı C divizionu (2-ci yer, oğlanlar)

2023-cü il - U-16 Avropa Çempionatı C divizionu (1-ci yer, qızlar)

2024-cü il - U-18 Avropa Çempionatı C divizionu (1-ci yer, oğlanlar)

2024-cü il - U-18 Avropa Çempionatı C divizionu (2-ci yer, qızlar)

2024-cü il - U-16 Avropa Çempionatı C divizionu (1-ci, yer qızlar)