3x3 basketbol üzrə qadın millimiz Avropanın ən güclü iki komandasından biridir !
5-7 sentyabr tarixlərində Danimarkanın paytaxtı Kopenhagendə qadınlardan ibarət millimizin də iştirak etdiyi 3x3 basketbol üzrə Avropa Kubokunun oyunları baş tutub. Turnirin qrup mərhələsində qadın millimiz ilk oyunda Fransaya 21:16, ikinci oyunda isə Ukrayna seçməsinə 21:14 hesabları ilə qalib gələrək, qrup lideri kimi 1/4 finala vəsiqə qazanıb. Millimiz 1/4 finalda Polşa yığmasını 16:13 hesabı ilə məğlub etdikdən sonra, yarımfinalda son Avropa çempionu İspaniya üzərində 21:17 hesablı qələbə qazanaraq 3x3 basketbol tariximizdə ilk dəfə olaraq finala vəsiqəni təmin edib. Həlledici görüşdə millimiz son dünya çempionu Niderland yığması ilə qarşılaşıb və güclü rəqibinə 16:21 hesabı ilə məğlub olaraq Avropa Çempionatının gümüş mükafatçısı olub.
Qızlarımızın Avropa səhnəsində göstərdiyi bu tarixi zəfər ölkə basketbolu adına önəmli bir uğurdur. Qızlarımızı ürəkdən təbrik edir, gələcək yarışlarda uğurlar arzu edirik.
Xəbərlər
- Hamısı
- Əsas
- Faydalı
"Sabah" basketbol klubu ardıcıl dördüncü dəfə Azərbaycan çempionudur !
5 may Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının üçüncü oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyun bərabər mübarizə şəraitində davam etsə də, görüşün sonuncu periodunda "Sabah" üstünlüyü ələ alıb və yekunda 108:95 hesablı qələbəyə sevinib. Beləcə, "Sabah" super seriyada ümumi hesabı 3:0 edərək, klub tarixində ardıcıl dördüncü çempionluğunu qazanıb. Final seriyasının ən dəyərli basketbolçusu "Sabah" klubundan Castin Tilman seçilib.
05 may 2026
"Sabah" basketbolçularını çempionluqdan bir oyun ayırır
2 may Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının ikinci oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyuna "Sabah" klubu üstün başlayıb və bu üstünlüyünü son qədər qoruyaraq, yekunda 112:84 hesablı qələbə qazanıb. Bu qələbədən sonra super seriyada ümumi hesab 2:0 olub.
Qeyd edək ki, final seriyasının üçüncü oyunu 5 may saat 19:00-da baş tutacaq. Reqlamentə əsasən final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26 mövsümünün çempionu olacaq.
02 may 2026
"Sabah" final seriyasına qələbə ilə başlayıb
29 aprel Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının ilk oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyuna "Abşeron Lions" klubu üstün başlayıb və 12 xallıq fərqlə önə keçib. Oyunun 3-cü periodundan etibarən geridönüş etməyi bacaran "Sabah" basketbolçuları yekunda 98:93 hesablı qələbə qazanaraq, super seriyada ümumi hesabı 1:0 ediblər.
Qeyd edək ki, final seriyasının ikinci oyunu 2 may saat 14:00-da baş tutacaq. Reqlamentə əsasən final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26 mövsümünün çempionu olacaq.
29 apr 2026