"Neftçi" 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının mərhələ çempionu olaraq bir ilkə imza atıb
12-13 iyun Dünya Qadın Seriyasının "Şuşa" mərhələsinin oyunları keçirilib. 12 iyun qrup oyunları, 13 iyunda isə 1/4 final, yarımfinal və final oyunları baş tutub. İlk 1/4 final oyununda Macarıstan millisi Rumıniyaya 21-13 hesabı ilə qalib gələrək, yarımfinalda "Neftçi" nin rəqibi olub. İkinci 1/4 final oyununda isə Almaniya seçməsi "G FLOU" (Yaponiya) klubuna 22-16 hesabı ilə qalib gəlib və ikinci yarımfinalda Niderland komandasına rəqib olub. Birinci yarımfinal oyununda "Neftçi" klubu, Macarıstan yığması ilə üz-üzə gəlib. Gərgin mübarizənin yekununda rəqibinə 15-14 hesabı ilə qalib gələn "Neftçi" ilk finalçı olub. İkinci yarımfinal oyununda Almaniya millisinə 21-10 hesabı ilə qalib gələn Niderland, finalda "Neftçi" klubunun rəqibi olub. Final görüşünə üstün başlayan "Neftçi" klubu, Niderland üzərində 20-12 hesabı ilə qələbə qazanaraq "Şuşa" mərhələsinin çempionu olub. Finalın ən dəyərli oyunçusu (MVP) "Neftçi"nin amerikalı üzvü Derris Karter seçilib. Onu da qeyd edək ki, "Neftçi" FİBA 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında bir mərhələ çempionu olan ilk klub komandası olub.
Xəbərlər
- Hamısı
- Əsas
- Faydalı
"Sabah" basketbol klubu ardıcıl dördüncü dəfə Azərbaycan çempionudur !
5 may Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının üçüncü oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyun bərabər mübarizə şəraitində davam etsə də, görüşün sonuncu periodunda "Sabah" üstünlüyü ələ alıb və yekunda 108:95 hesablı qələbəyə sevinib. Beləcə, "Sabah" super seriyada ümumi hesabı 3:0 edərək, klub tarixində ardıcıl dördüncü çempionluğunu qazanıb. Final seriyasının ən dəyərli basketbolçusu "Sabah" klubundan Castin Tilman seçilib.
05 may 2026
"Sabah" basketbolçularını çempionluqdan bir oyun ayırır
2 may Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının ikinci oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyuna "Sabah" klubu üstün başlayıb və bu üstünlüyünü son qədər qoruyaraq, yekunda 112:84 hesablı qələbə qazanıb. Bu qələbədən sonra super seriyada ümumi hesab 2:0 olub.
Qeyd edək ki, final seriyasının üçüncü oyunu 5 may saat 19:00-da baş tutacaq. Reqlamentə əsasən final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26 mövsümünün çempionu olacaq.
02 may 2026
"Sabah" final seriyasına qələbə ilə başlayıb
29 aprel Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının ilk oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyuna "Abşeron Lions" klubu üstün başlayıb və 12 xallıq fərqlə önə keçib. Oyunun 3-cü periodundan etibarən geridönüş etməyi bacaran "Sabah" basketbolçuları yekunda 98:93 hesablı qələbə qazanaraq, super seriyada ümumi hesabı 1:0 ediblər.
Qeyd edək ki, final seriyasının ikinci oyunu 2 may saat 14:00-da baş tutacaq. Reqlamentə əsasən final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26 mövsümünün çempionu olacaq.
29 apr 2026