Azərbaycan basketbolu adına ən ciddi tapşırıq yerli simalara həvalə olundu

  2023 -cü il 6 dekabr tarixindən federasiya rəhbərliyinin qəbul etdiyi yekun qərara əsasən, kişilərdən ibarət yığma komandamıza yeni məşqçilər korpusu təyin olunub. Belə ki, millimizdə əsas qərarı verəcək mütəxəssislər Azərbaycan basketbol ictimaiyətinə heç də, yad simalar deyil. Uzun illər Azərbaycan basketboluna yığma və klub səviyyəsində həm oyunçu, həm də məşqçi kimi xidmət göstərmiş Tahir Baxşıyev və Anar Sarıyev, bundan sonra həmin xidmətin davamını əsas yığmamızda gətirməyə çalışacaqlar. Belə ki, hal-hazırda "NTD-İNDİQO" klubunun baş məşqçisi kimi fəaliyyət göstərən Tahir Baxşıyev millinin baş məşqçi postuna, "Neftçi" klubunun baş məşqçisi Anar Sarıyev isə birinci köməkçi məşqçi vəzifəsində təyin olunmuşdur. Bundan əlavə, yığmamızın məşqçilər korpusunda ispaniyalı mütəxəssis Alberto Blanko da yer alacaq. Sonuncu iş yeri İspaniyanın ikinci liqasında (LEB GOLD Spain) çıxış edən "Kaseres" klubunun əsas meneceri və idman direktoru olan Alberto Blanko, yığmamızda ikinci köməkçi məşqçi kimi çalışacaq. Avropa basketbolunu yaxından tanıyan 53 yaşlı mütəxəssisin əsas vəzifələrindən biri rəqib komandaların oyunçularını dərindən təhlil etmək və yerli məşqçilərimizlə birlikdə onlara qarşı əks həmlələr hazırlamaq olacaq. Qeyd edək ki, millimizin ilk sınağı 2027-ci il Qətərdə keçiriləcək Dünya çempionatının ilkin təsnifat mərhələsinin oyunları çərçivəsində, 22 fevral İsveçrə yığmasına qarşı oyun olacaq

Paylaş

Xəbərlər

  • Hamısı
  • Əsas
  • Faydalı

Qızlarımız qrup oyunlarını Ermənistan millisi üzərindəki darmadağınla yekunlaşdırıb

  Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunda millimizin sonuncu qrup oyunu baş tutub. B qrupunda qərarlaşmış millimizin rəqibi Ermənistan seçməsi olub. Oyuna sürətli başlayan qızlarımız, rəqib Ermənistan yığmasını 68-42 hesablı darmadağına uğradıblar. Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Deniz Gökçöl (21 xal, 7 ribaund) seçilib. 27 iyul baş tutacaq yarımfinal oyununda millimizin rəqibi Kipr komandası olacaq

Daha çox

25 iyl 2024

U-18 millimiz Ermənistanı məğlub edərək qrup lideri kimi yarımfinala yüksəlib

  Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin son qrup oyunu baş tutub. B qrupunda qərarlaşmış millimizin rəqibi Ermənistan seçməsi olub. Görüş millimizin 76-69 hesablı qələbəsi ilə yekunlaşıb.Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Derin Berköz (18 xal, 5 asist ) seçilib. Yığmamız bu qələbədən sonra qrup lideri olaraq yarımfinala vəsiqə qazanıb. 27 iyul baş tutacaq yarımfinal oyununda millimizin rəqibi Albaniya komandası olacaq

Daha çox

25 iyl 2024

Qızlarımız ardıcıl ikinci dəfə Avropa çempionudurlar

  Cəbəllütariqdə 16 yaşa qədər qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin final oyunu baş tutub. Qızlarımız finalda Kipr seçməsi ilə üz-üzə gəliblər. Oyunun əvvələrindən üstünlüyü ələ keçirən millimiz, Kipr yığması üzərində 69-52 hesablı qələbə qazanaraq, ardıcıl ikinci dəfə Avropa çempionu olub. Avropa çempionatının ən dəyərli oyunçusu (MVP), millimizin üzvü Angelina İsmayılova seçilib

Daha çox

24 iyl 2024