Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə yeni mövsüm öncəsi hakimlər üçün yekun seminar baş tutub
21-22 sentyabr, Zuğulba tədris idman bazasında Azərbaycan Basketbol Federasiyasının (ABF) təşkilatçılığı ilə yerli hakimlərimiz üçün növbəti seminar keçirilib. Hakimlər komitəsinin sədri Ələkbər Həsənovun başçılıq etdiyi seminarın açılışı, ABF-nin idman direktoru Turqay Zeytingözün yeni mövsümlə bağlı verdiyi təlimatlardan sonra start götürüb. 18 yerli hakimin iştirak etdiyi seminarda, hakimlərimizin yeni mövsüm öncəsi hazırlıqları həm nəzəri, həm də praktiki testlərlə sınaqdan keçirilib. Bundan əlavə, FIBA-nın təsdiq etdiyi bu seminarda, beynəlxalq basketbol qurumunun mütəxəssisləri tərəfindən video görüntü ilə yeni qayadaların oyunlarda tətbiq olunması yerli hakimlərə izah olunub. Seminarın əsas məqsədi, yeni mövsüm öncəsi tətbiq olunan yeni qaydaların nəzəri və praktiki cəhətdən tam dəqiqliklə hakimlərə izah olunması və Azərbaycan Basketbol Liqası (ABL) və digər yerli yarışlarda hakimlik etmələri üçün onların bilik və bacarıqlarının artırılmasıdır
Xəbərlər
- Hamısı
- Əsas
- Faydalı
"Sabah" basketbol klubu ardıcıl dördüncü dəfə Azərbaycan çempionudur !
5 may Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının üçüncü oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyun bərabər mübarizə şəraitində davam etsə də, görüşün sonuncu periodunda "Sabah" üstünlüyü ələ alıb və yekunda 108:95 hesablı qələbəyə sevinib. Beləcə, "Sabah" super seriyada ümumi hesabı 3:0 edərək, klub tarixində ardıcıl dördüncü çempionluğunu qazanıb. Final seriyasının ən dəyərli basketbolçusu "Sabah" klubundan Castin Tilman seçilib.
05 may 2026
"Sabah" basketbolçularını çempionluqdan bir oyun ayırır
2 may Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının ikinci oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyuna "Sabah" klubu üstün başlayıb və bu üstünlüyünü son qədər qoruyaraq, yekunda 112:84 hesablı qələbə qazanıb. Bu qələbədən sonra super seriyada ümumi hesab 2:0 olub.
Qeyd edək ki, final seriyasının üçüncü oyunu 5 may saat 19:00-da baş tutacaq. Reqlamentə əsasən final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26 mövsümünün çempionu olacaq.
02 may 2026
"Sabah" final seriyasına qələbə ilə başlayıb
29 aprel Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının ilk oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyuna "Abşeron Lions" klubu üstün başlayıb və 12 xallıq fərqlə önə keçib. Oyunun 3-cü periodundan etibarən geridönüş etməyi bacaran "Sabah" basketbolçuları yekunda 98:93 hesablı qələbə qazanaraq, super seriyada ümumi hesabı 1:0 ediblər.
Qeyd edək ki, final seriyasının ikinci oyunu 2 may saat 14:00-da baş tutacaq. Reqlamentə əsasən final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26 mövsümünün çempionu olacaq.
29 apr 2026