Azərbaycan Basketbol Liqasında (ABL) 13-cü tura yekun vurulub
16-18 yanvar tarixlərində Azərbaycan Basketbol Liqasında (ABL) 13-cü turun görüşləri oynanılıb. "A" və "B" qruplarında baş tutmuş oyunlarda aşağıdakı hesablar qeydə alınıb.
A qrupu
"Gəncə" - "Neftçi" (75:77)
"Sabah" - "Şəki" (112:65)
NTD - "Abşeron Lions" (93:100)
B qrupu
"Lənkəran" - "Naxçıvan" (75:106)
"Ordu" - "Sərhədçi" (98:82)
"Sumqayıt" - "Quba" (94:90)
Qeyd edək ki, 13 turdan sonra "A" qrupuna rəqiblərindən 1 oyun artıq keçirmiş "Abşeron Lions" klubu başçılıq edir. "B" qrupunda isə lider, məğlubiyyətsiz yoluna davam edən "Ordu" klubudur. Azərbaycan Basketbol Liqasında (ABL) 14-cü turun oyunlarına 22 yanvarda start veriləcək. Əlavə olaraq 11-ci turdan təxirə salınmış "Sabah" - "Neftçi" və NTD - "Gəncə" oyunları müvafiq olaraq 28 və 29 yanvar tarixlərində oynanılacaq.
Xəbərlər
- Hamısı
- Əsas
- Faydalı
"Sabah" basketbol klubu ardıcıl dördüncü dəfə Azərbaycan çempionudur !
5 may Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının üçüncü oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyun bərabər mübarizə şəraitində davam etsə də, görüşün sonuncu periodunda "Sabah" üstünlüyü ələ alıb və yekunda 108:95 hesablı qələbəyə sevinib. Beləcə, "Sabah" super seriyada ümumi hesabı 3:0 edərək, klub tarixində ardıcıl dördüncü çempionluğunu qazanıb. Final seriyasının ən dəyərli basketbolçusu "Sabah" klubundan Castin Tilman seçilib.
05 may 2026
"Sabah" basketbolçularını çempionluqdan bir oyun ayırır
2 may Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının ikinci oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyuna "Sabah" klubu üstün başlayıb və bu üstünlüyünü son qədər qoruyaraq, yekunda 112:84 hesablı qələbə qazanıb. Bu qələbədən sonra super seriyada ümumi hesab 2:0 olub.
Qeyd edək ki, final seriyasının üçüncü oyunu 5 may saat 19:00-da baş tutacaq. Reqlamentə əsasən final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26 mövsümünün çempionu olacaq.
02 may 2026
"Sabah" final seriyasına qələbə ilə başlayıb
29 aprel Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının ilk oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyuna "Abşeron Lions" klubu üstün başlayıb və 12 xallıq fərqlə önə keçib. Oyunun 3-cü periodundan etibarən geridönüş etməyi bacaran "Sabah" basketbolçuları yekunda 98:93 hesablı qələbə qazanaraq, super seriyada ümumi hesabı 1:0 ediblər.
Qeyd edək ki, final seriyasının ikinci oyunu 2 may saat 14:00-da baş tutacaq. Reqlamentə əsasən final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26 mövsümünün çempionu olacaq.
29 apr 2026