Basketbol üzrə 30-cu Azərbaycan çempionatının başlama vaxtı və yeni reqlamenti müəyyənləşib

Azərbaycan Basketbol Liqasında (ABL) 2024/25-ci illər mövsümü 18 oktyabr tarixində başlayacaq. Ötən ildən fərqli olaraq, basketbol üzrə 30-cu Azərbaycan çempionatında 12 komanda çempionluq uğrunda mübarizə aparacaq. Bu mövsümdən etibarən, "Cəlilabad" klubu "Quba" klubu ilə əvəzlənəcək, "Xəzri" klubu "Naxçıvan" BK olaraq adlandırılacaq, "Xırdalan" klubu isə "Abşeron" BK adı ilə fəaliyyət göstərəcək. Eyni zamanda yeni yaranmış "Ordu" və "Lənkəran" klubları da yeni mövsümdən çempionatda mübarizəyə qoşulacaqlar. Yeni reqlamentə əsasən çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Oyun zamanı meydançada 4 əcnəbi və mütləq şəkildə 1 yerli basketbolçunun iştirak etməsi əsas şərt olacaq. Müntəzəm mövsümün oyunları "A" və "B" qrupları üzərindən baş tutacaq. Ötən çempionatın nəticələrinə əsasən müntəzəm mövsümü ilk altılıqda bitirmiş, yəni pley-off 'a vəsiqə qazanmış klublar "A" qrupunda, pley-off 'a vəsiqə qazana bilməmiş dörd klub və yeni yaranmış iki klub "B" qrupunda mübarizə aparacaqlar. A qrupu: "Sabah" BK, "Naxçıvan" BK, NTD Bakı, "Abşeron" BK, "Neftçi" İK, "Sərhədçi" PİK. B qrupu: "Sumqayıt" BK, "Gəncə" BK, "Quba" BK, "Şəki" BK, "Ordu" İK, "Lənkəran" BK. Müntəzəm mövsümdə "A" qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, "B" qrupunu lider bitirmiş komanda pley-off 'un 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. "A" və "B" qruplarında digər yerləri tutmuş komandalar isə pley-off 'un 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasının (ABL) çempionu olacaq. Qeyd edək ki, klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların "A" qrupunda, hansı klubların isə "B" qrupunda iştirak edəcəyi müəyyənləşəcəkdir.
Xəbərlər
- Hamısı
- Əsas
- Faydalı

Qızlarımız debüt etdikləri Avropa Çempionatında ilk qələbəsini qazanıb
Bu gün qızlardan ibarət U-16 millimiz Türkiyənin İstanbul şəhərində keçirilən Avropa Çempionatı B divizionunda ilk qələbəsini qazanıb. Millimiz sıralama oyununda İrlandiya yığması üzərində 64:62 hesablı qələbəyə sevinib. Oyunun ən məhsuldar basketbolçusu 21 xal toplayan Aylin Əkbərzadə olub. Qeyd edək ki, çempionatın ən gənc komandası olan yığmamız üçün bu qələbəni debüt yarışında uğur saymaq olar.
27 avq 2025

Uşaq basketbolçular arasında milli komanda üçün seçim prosesinə start verilib
22 avqust Zuğulba tədris idman bazasında 120 nəfər 13 yaşlı basketbolçu arasından seçilmiş 30 basketbolçu arasında milli komanda üçün seçim prosesinə start verilib. Seçim prosesinə Azərbaycan Basketbol Federasiyasının (ABF) uşaq basketbolu üzrə baş koordinatoru serbiyalı mütəxəssis Milan Kotoraç rəhbərlik edir. Seçim zamanı serbiyalı mütəxəssis və digər yerli məşqçilərimiz tərəfindən basketbolçuların texniki bacarıqları, taktiki düşüncə qabiliyyəti və fiziki hazırlıq səviyyəsi dəyərləndirilir. Baxış mərhələsinin əsas məqsədi gələcəkdə milli komandanı təmsil edə biləcək istedadlı oyunçuların müəyyənləşdirilməsi və onların inkişaf potensialının qiymətləndirilməsidir.
Qeyd edək ki, seçim mərhələsi 31 avqustda yekunlaşacaq.
23 avq 2025

Təcrübəli hakimimiz Ələkbər Həsənovun beynəlxalq karyerasında son oyun !
Azərbaycan basketbolunun tanınmış simalarından biri, beynəlxalq dərəcəli hakim Ələkbər Həsənov FİBA bayrağı altında keçirilən yarışlarda son oyununa çıxır. Təcrübəli hakimimiz Gürcüstanda təşkil olunan 16 yaşadək oğlanlar arasında Avropa Çempionatında Sloveniya və İtaliya yığmaları arasında keçiriləcək bürünc medal uğrunda matçı idarə edəcək. Bu oyun Ələkbər Həsənovun beynəlxalq arenada baş hakim kimi son matçı olacaq və onun uzun illər davam edən uğurlu beynəlxalq karyerasının simvolik yekunu kimi tarixə düşəcək. Ələkbər Həsənov 2010-cu ildən etibarən FİBA-nın təşkil etdiyi beynəlxalq yarışlarda ədaləti qoruyub. 15 il ərzində o, Avropa çempionatlarının müxtəlif yaş kateqoriyalarında, beynəlxalq turnirlərdə və klublararası yarışlarda Azərbaycan basketbolunu layiqincə təmsil edib. Bu yarışlar arasında qadınların Avroliqa finalı, Avropa Çempionatlarının müxtəlif divizionlarında final görüşləri və Olimpiya Festivalının final qarşılaşması olub. Beynəlxalq karyerasına yekun vuran Həsənov basketbola bağlılığını davam etdirəcək. O, bundan sonra Azərbaycan Basketbol Liqasında (ABL) oyunları idarə etməklə yanaşı, gənc hakimlərin yetişməsinə dəstək olacaq. FİBA-nın gələcək yarışlarında isə o, artıq instruktor kimi fəaliyyət göstərəcək və öz təcrübəsini yeni nəsil hakimlərə ötürəcək. Ələkbər Həsənovun illərdir göstərdiyi xidmətlər Azərbaycan basketbol hakimliyinin inkişafın etməsində önəmli rol oynayıb. Onun adı hər zaman Azərbaycan hakimliyinin beynəlxalq arenada etibarlı siması kimi yadda qalacaq.
Azərbaycan Basketbol Federasiyası (ABF) adından Ələkbər Həsənova gələcək fəaliyyətində uğurlar arzulayırıq !
16 avq 2025