"Sabah", "Naxçıvan" və "Neftçi" klubları pley-off'a birbaşa vəsiqəni təmin ediblər
17,18 və 19 mart tarixlərində Azərbaycan Basketbol Liqasında (ABL) 19-cu turun oyunları keçirilib. Turun açılış oyununda "Sumqayıt" doğma divarlar arasında 112-103 hesabı ilə "Quba"nı üstələyib. "B" qrupunun növbəti oyununda "Ordu" 87-65 hesabı ilə "Lənkəran"a qalib gəlib. Həmin qrupda mərkəzi və həlledici oyun isə "Şəki" və "Gəncə" klubları arasında oynanılıb. Əlavə vaxta gedən oyunda "Şəki" 91-87 hesablı qələbə qazanaraq, "B" qrupunun vahid lideri olub. "A" qrupunda "Naxçıvan" 58-60 hesabı ilə "Abşeron"a məğlub olub. "Sərhədçi" İdman Mərkəzində keçirilmiş NTD-"Sabah" (79-105) və "Sərhədçi"-"Neftçi" (70-84) oyunları ilə 19-cu tura yekun vurulub. Geridə qalmış 19 turdan sonra, "A" qrupunun vahid lideri "Sabah" klubudur. "Naxçıvan" ikinci, "Neftçi" isə 3-cü pillənin sahibidir. "B" qrupunun vahid lideri "Şəki" klubudur. "Gəncə" ikinci, "Ordu" isə 3-cü sırada qərarlaşıb. Qeyd edək ki, "A" qrupunda "Sabah", "Naxçıvan" və "Neftçi" klubları birbaşa pley-off mərhələsinə vəsiqəni təmin ediblər. "B" qrupunda isə pley-off mərhələsinə birbaşa vəsiqə qazanacaq klubun adına son turdan sonra aydınlıq gələcək.
Xəbərlər
- Hamısı
- Əsas
- Faydalı
"Sabah" basketbol klubu ardıcıl dördüncü dəfə Azərbaycan çempionudur !
5 may Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının üçüncü oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyun bərabər mübarizə şəraitində davam etsə də, görüşün sonuncu periodunda "Sabah" üstünlüyü ələ alıb və yekunda 108:95 hesablı qələbəyə sevinib. Beləcə, "Sabah" super seriyada ümumi hesabı 3:0 edərək, klub tarixində ardıcıl dördüncü çempionluğunu qazanıb. Final seriyasının ən dəyərli basketbolçusu "Sabah" klubundan Castin Tilman seçilib.
05 may 2026
"Sabah" basketbolçularını çempionluqdan bir oyun ayırır
2 may Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının ikinci oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyuna "Sabah" klubu üstün başlayıb və bu üstünlüyünü son qədər qoruyaraq, yekunda 112:84 hesablı qələbə qazanıb. Bu qələbədən sonra super seriyada ümumi hesab 2:0 olub.
Qeyd edək ki, final seriyasının üçüncü oyunu 5 may saat 19:00-da baş tutacaq. Reqlamentə əsasən final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26 mövsümünün çempionu olacaq.
02 may 2026
"Sabah" final seriyasına qələbə ilə başlayıb
29 aprel Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının ilk oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyuna "Abşeron Lions" klubu üstün başlayıb və 12 xallıq fərqlə önə keçib. Oyunun 3-cü periodundan etibarən geridönüş etməyi bacaran "Sabah" basketbolçuları yekunda 98:93 hesablı qələbə qazanaraq, super seriyada ümumi hesabı 1:0 ediblər.
Qeyd edək ki, final seriyasının ikinci oyunu 2 may saat 14:00-da baş tutacaq. Reqlamentə əsasən final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26 mövsümünün çempionu olacaq.
29 apr 2026