Azərbaycan Basketbol Liqasında finalın adı "Sabah"-"Neftçi" !

29 aprel Azərbaycan Basketbol Liqasında (ABL) yarımfinal pley-off seriyalarının cavab oyunları baş tutub. Şəki Olimpiya İdman Kompleksində "Sabah" yarımfinalın cavab oyununda "Şəki" klubuna 96-72 hesabı ilə qalib gəlib və seriyada ümumi hesabı 2-0 edərək ilk finalçı olub. "Abşeron"-"Neftçi" yarımfinal pley-off seriyasının cavab oyununda, "Neftçi" klubu rəqibinə 81-72 hesabı ilə qalib gəlib və seriyada ümumi hesabı 2-0 edərək adını finala yazdırıb. Qeyd edək ki, "Sabah"-"Neftçi" final super seriyasında ilk oyun 2 may tarixində baş tutacaq. Finalda ən tez 4 qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasının (ABL) qalibi olacaq.
Xəbərlər
- Hamısı
- Əsas
- Faydalı

U-18 qadın millimiz artıq top ən güclü 12 komanda arasındadır !
Qızlardan ibarət U-18 millimiz Avropa Çempionatı B divizionunda 9-16-cı yerlər uğrunda ilk oyununu keçirib. Millimiz gərgin mübarizə şəraitində keçmiş oyunun yekununda Danimarka yığmasına 75:72 hesabı ilə qalib gəlib. Qızlarımız bu qələbə ilə bərabər ən güclü 12 milli arasındakı yerini təmin edib. Avropa Çempionatında yoluna davam edən qızlarımızı qələbə münasibətilə təbrik edir və 9-12-ci yerlər uğrunda Slovakiya seçməsi ilə önəmli oyunda uğurlar arzulayırıq.
11 iyl 2025

Qızlarımız Avropa Çempionatında 3-cü qələbəsini qazanıb !
Qızlardan ibarət U-18 millimiz Avropa Çempionatının B divizionunda sonuncu qrup oyununu keçirib. Millimiz son qrup oyununda Kosovo yığmasını 62:54 hesabı ilə məğlub edib və C qrupunu 3-cü sırada tamamlayıb. Qızlarımızı qələbə münasibətilə təbrik edir və onlara 9-16-cı yerlər uğrunda oyunlarda uğurlar arzulayırıq.
09 iyl 2025

Gərgin oyun, vacib qələbə ! Qızlarımız yoluna davam edir
Qızlardan ibarət U-18 millimiz Avropa Çempionatının B divizionunda növbəti qələbəsini qazanıb. Millimiz 4-cü qrup oyununda İslandiya yığmasını 86:79 hesabı ilə məğlub edib. Qızlarımızı qələbə münasibətilə təbrik edir və onlara 9 iyulda Kosovo yığması ilə oyunda uğurlar arzulayırıq.
08 iyl 2025