"Gəncə", "Abşeron", "Ordu" və "Sərhədçi" klubları pley-off 'un bir addımlığında
10-11 aprel Azərbaycan Basketbol Liqasında (ABL) pley-in oyunları baş tutub. Pley-in seriyalarında ilk oyun Gəncə İdman Sarayında oynanılıb. "Gəncə" basketbolçuları oyunun sonuna 58 saniyə qalmış geridönüşü reallaşdıraraq "Lənkəran"ı 96-92 hesabı ilə məğlub ediblər. Abşeron Olimpiya İdman Kompleksində "Abşeron" və NTD klubları arasında keçirilmiş seriyanın ilk oyununda yerli komanda 88-74 hesablı qələbəyə sevinib. "Ordu" - "Quba" oyununda isə 91-83 hesablı qələbəni bayram edən hərbiçilər olublar. "Sumqayıt" basketbolçuları yerli azarkeşlər önündə "Sərhədçi"yə 97-123 hesabı ilə məğlub olaraq, seriyadakı ümumi hesabda 0-1 geri düşüblər. Qeyd edək ki, pley-in seriyalarında növbəti oyunlar 13 və 14 apreldə baş tutacaq. Seriyada ən tez iki qələbə qazanmış klublar pley-off 'a vəsiqə qazanacaqlar
Xəbərlər
- Hamısı
- Əsas
- Faydalı
Təxirə salınmış oyunları qalib tamamlayan "Sabah" və "Neftçi" klubları çempionata liderlik edirlər.
21 və 22 noyabr tarixlərində Azərbaycan Basketbol Liqasında (ABL) təxirə salınmış görüşlər keçirilib. ABL-in 1-ci, 2-ci və 3-cü turlarından təxirə salınmış oyunlarında aşağıdakı hesablar qeydə alınıb.
"Naxçıvan" - "Neftçi" (84:104)
"Sabah" - "Gəncə" (107:85)
"Landau Lions" - "Ordu" (97:80)
Qeyd edək ki, təxirə salınmış oyunlardan sonra "Sabah" və "Neftçi" klubları ilk pilləyə şərikli liderdlik edirlər.
22 noy 2026
Azərbaycan ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək.
20 noyabr FIBA Avropa İdarə Heyətinin Almaniyanın Hamburq şəhərində keçirilən iclasında 2027-ci ilin gənclər arasında Avropa çempionatlarının ev sahibləri müəyyənləşib. Qərara əsasən, 20 yaşadək oğlanlar (U-20) arasında Avropa çempionatının B divizionunun oyunları 2027-ci il iyulun 9-dan 18-dək Bakıda təşkil olunacaq.
Qeyd edək ki, U-20 Avropa çempionatı B divizionun oyunları ilk dəfə olaraq ölkəmizdə keçiriləcək.
22 noy 2026
Azərbaycan Basketbol Liqasında (ABL) ilk dövrəyə yekun vurulub.
14-16 noyabr tarixlərində Azərbaycan Basketbol Liqasında (ABL) 7-ci turun görüşləri keçirilib. Bu turun oyunları ilə birlikdə çempionatın birinci dövrəsinə yekun vurulub. ABL-in 7-ci turunda baş tutmuş oyunlarda aşağıdakı hesablar qeydə alınıb.
"Sabah" - "Neftçi" (93:78)
"Landau Lions" - "Gəncə" (85:62)
NTD - "Naxçıvan" (56:84)
"Sumqayıt" - "Ordu" (123:88)
Qeyd edək ki, 7-ci turun ən dəyərli basketbolçusu (MVP) "Sabah" klubundan Çarlz Menninq seçilib. ABL-də 7 turdan sonra "Naxçıvan", "Sabah" və "Neftçi" klubları ilk pilləyə şərikli liderdlik edirlər.
16 noy 2026