Pley-off 'lara son vəsiqəni "Abşeron" və "Sərhədçi" klubları qazanıblar
16 aprel Azərbaycan Basketbol Liqasında (ABL) pley-in mərhələsinin həlledici oyunları baş tutub. Bakı İdman Sarayında "Abşeron" və NTD klubları arasında pley-in seriyasının son oyunu keçirilib. Bərabər mübarizə şəraitində davam edən oyunun yekununda "Abşeron" klubu 81-74 hesablı qələbə qazanıb və pley-off 'da "Naxçıvan"a rəqib olub. "Sumqayıt" və "Sərhədçi" klublarının oyununda da mübarizə son saniyələrə qədər davam edib. Lakin oyunun sonunda "Sərhədçi" basketbolçuları üstünlüyü ələ alaraq görüşü 96-94 hesabı ilə qalib tamamlayıblar və pley-off 'da "Sabah" klubunun rəqibi olublar.
Qeyd edək ki, pley-off seriyalarında ("Şəki"-"Gəncə", "Sabah"-"Sərhədçi", "Neftçi"-"Ordu", "Naxçıvan"-"Abşeron") ilk oyunlar 17, 18 və 19 aprel tarixlərində baş tutacaq
Xəbərlər
- Hamısı
- Əsas
- Faydalı
"Sabah" basketbol klubu ardıcıl dördüncü dəfə Azərbaycan çempionudur !
5 may Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının üçüncü oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyun bərabər mübarizə şəraitində davam etsə də, görüşün sonuncu periodunda "Sabah" üstünlüyü ələ alıb və yekunda 108:95 hesablı qələbəyə sevinib. Beləcə, "Sabah" super seriyada ümumi hesabı 3:0 edərək, klub tarixində ardıcıl dördüncü çempionluğunu qazanıb. Final seriyasının ən dəyərli basketbolçusu "Sabah" klubundan Castin Tilman seçilib.
05 may 2026
"Sabah" basketbolçularını çempionluqdan bir oyun ayırır
2 may Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının ikinci oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyuna "Sabah" klubu üstün başlayıb və bu üstünlüyünü son qədər qoruyaraq, yekunda 112:84 hesablı qələbə qazanıb. Bu qələbədən sonra super seriyada ümumi hesab 2:0 olub.
Qeyd edək ki, final seriyasının üçüncü oyunu 5 may saat 19:00-da baş tutacaq. Reqlamentə əsasən final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26 mövsümünün çempionu olacaq.
02 may 2026
"Sabah" final seriyasına qələbə ilə başlayıb
29 aprel Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının ilk oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyuna "Abşeron Lions" klubu üstün başlayıb və 12 xallıq fərqlə önə keçib. Oyunun 3-cü periodundan etibarən geridönüş etməyi bacaran "Sabah" basketbolçuları yekunda 98:93 hesablı qələbə qazanaraq, super seriyada ümumi hesabı 1:0 ediblər.
Qeyd edək ki, final seriyasının ikinci oyunu 2 may saat 14:00-da baş tutacaq. Reqlamentə əsasən final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26 mövsümünün çempionu olacaq.
29 apr 2026