"Sabah" Azərbaycan Basketbol Liqasında (ABL) ardıcıl 3-cü dəfə qış çempionudur
25 dekabr Azərbaycan Basketbol Liqasında (ABL) 9-cu turun növbəti iki oyunu baş tutub. "Sərhədçi" İdman Mərkəzində keçirilmiş günün ilk oyununda "B" qrupunun güclü klublarından sayılan "Ordu" 99-51 hesabı ilə "Lənkəran"a qalib gəlib. Günün ikinci oyunu "A" qrupunda "Neftçi" və "Sərhədçi" klubları arasında keçirilib. "Neftçi" rəqibinə 77-65 hesabı ilə qalib gələrək, müntəzəm mövsümdə ardıcıl 3-cü qələbəsini əldə edib. 9-cu turun açılış oyununda "Sabah" 94-68 hesabı ilə NTD üzərində qələbə qazanaraq, Azərbaycan Basketbol Liqasında (ABL) ardıcıl 3-cü mövsümdə də qış çempionu olmağı bacarıb.
9-cu turla bağlı önəmli bir məlumatı da diqqətinizə çatdırmaq istəyirik. Beləki, 25 dekabr AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycan Respublikası ərazisində matəm elan olunub. Baş verən faciə ilə əlaqədar Azərbaycan Basketbol Liqasında (ABL) 9-cu turun "Şəki" - "Gəncə", "Sumqayıt" - "Quba" və "Naxçıvan" - "Abşeron" görüşləri irəli bir tarixə təxirə salınıb.
Xəbərlər
- Hamısı
- Əsas
- Faydalı
"Sabah" basketbol klubu ardıcıl dördüncü dəfə Azərbaycan çempionudur !
5 may Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının üçüncü oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyun bərabər mübarizə şəraitində davam etsə də, görüşün sonuncu periodunda "Sabah" üstünlüyü ələ alıb və yekunda 108:95 hesablı qələbəyə sevinib. Beləcə, "Sabah" super seriyada ümumi hesabı 3:0 edərək, klub tarixində ardıcıl dördüncü çempionluğunu qazanıb. Final seriyasının ən dəyərli basketbolçusu "Sabah" klubundan Castin Tilman seçilib.
05 may 2026
"Sabah" basketbolçularını çempionluqdan bir oyun ayırır
2 may Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının ikinci oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyuna "Sabah" klubu üstün başlayıb və bu üstünlüyünü son qədər qoruyaraq, yekunda 112:84 hesablı qələbə qazanıb. Bu qələbədən sonra super seriyada ümumi hesab 2:0 olub.
Qeyd edək ki, final seriyasının üçüncü oyunu 5 may saat 19:00-da baş tutacaq. Reqlamentə əsasən final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26 mövsümünün çempionu olacaq.
02 may 2026
"Sabah" final seriyasına qələbə ilə başlayıb
29 aprel Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının ilk oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyuna "Abşeron Lions" klubu üstün başlayıb və 12 xallıq fərqlə önə keçib. Oyunun 3-cü periodundan etibarən geridönüş etməyi bacaran "Sabah" basketbolçuları yekunda 98:93 hesablı qələbə qazanaraq, super seriyada ümumi hesabı 1:0 ediblər.
Qeyd edək ki, final seriyasının ikinci oyunu 2 may saat 14:00-da baş tutacaq. Reqlamentə əsasən final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26 mövsümünün çempionu olacaq.
29 apr 2026