Azərbaycan Basketbol Liqasında 10-cu turun daha iki oyunu keçirildi
17 dekabr tarixində "Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının 10-cu turu çərçivəsində daha iki oyun baş tutdu. Günün ilk görüşü "Neftçi İK" və "Sabah BK" komandaları arasında keçirildi. Oyuna sürətli başlayan "Sabah BK" basketbolçuları rəqibi üzərində 99-81 hesablı qələbəyə sevindilər. Ən məhsuldar basketbolçular: "Neftçi İK" ( Dennis Cons - 17 xal, 8 ribaund ), "Sabah BK" ( Fuad Niftəliyev - 18 xal, 3 asist ). Günün son oyununda "AAAF Xırdalan BK" və "Gəncə BK" basketbolçuları üz-üzə gəldilər. "AAAF Xırdalan BK" komandası rəqibi üzərində 85-71 hesabı ilə qələbə qazanaraq, turnir cədvəlinin ilk pilləsinə şərik oldu. Ən məhsuldar basketbolçular: "AAAF Xırdalan BK" (Devin Pullum - 33 xal, 5 ribaund ), "Gəncə BK" (Celon Perri - 20 xal, 4 ribaund )
Qeyd edək ki, turun bağlanış oyunu 18 dekabr saat 15:00 tarixində, Astara Olimpiya İdman Kompleksində "Zirvə Astara BK" və "NTD BK" komandaları arasında keçiriləcək.
Xəbərlər
- Hamısı
- Əsas
- Faydalı
Azərbaycan Basketbol Federasiyası (ABF) nizam-intizam komitəsinin 2 noyabr tarixli qərarları.
"Neftçi" İK – "Landau Lions" BK oyununda, "Landau Lions" un oyunçusu Ceyms Freyzer oyundan kənarlaşdırılmasına baxmayaraq meydana qayıdaraq qarışıqlıq yaratdığı üçün ABL Əsasnaməsinin 65.1-ci maddəsinin tələblərinin pozulmasına görə növbəti oyundan məhrum edilib və 600 AZN məbləğində cərimələnib. Eyni oyundakı hadisələrə görə "Neftçi" klubunun meneceri Sahib Sultanov qeyri-etik hərəkətlərinə görə ABL Əsasnaməsinin 65.14-cü maddəsinin tələblərinə uyğun olaraq növbəti oyuna buraxılmayıb və 1000 AZN məbləğində cərimələnib. Baş məşqçi Konstantinos Vaseliyadis və oyunçu Miliç Starovla 'ya isə xəbərdarlıq edilib.
"Naxçıvan" BK – "Ordu" İK oyununda, ABL Əsasnaməsinin 62.2 və 62.3-cü maddələrinin tələblərinin pozulmasına görə "Naxçıvan" klubu ümumi olaraq 500 AZN məbləğində cərimələnib.
"Gəncə" BK – NTD BK oyununda, təhlükəsizlik və tibbi xidmətin təşkilindəki nöqsanlara, eləcə də sifariş ərizəsinin vaxtında və düzgün tərtib olunmamasına görə "Gəncə" klubu ABL Əsasnaməsinin 62.1 və 63.2-ci maddələrinin tələblərinin pozulmasına görə ümumilikdə 700 AZN məbləğində cərimələnib.
Tətbiq edilən bütün cərimə məbləğləri 30 iş günü ərzində Azərbaycan Basketbol Federasiyasının (ABF) hesabına ödənilməlidir.
04 noy 2026
"Neftçi" klubu Azərbaycan Basketbol Liqasının (ABL) vahid lideridir.
30 oktyabr - 1 noyabr tarixlərində Azərbaycan Basketbol Liqasında (ABL) 5-ci turun görüşləri keçirilib. ABL-in beşinci turunda baş tutmuş oyunlarda aşağıdakı hesablar qeydə alınıb.
"Naxçıvan" - "Ordu" (76:84)
"Neftçi" - "Landau Lions" (86:84)
"Sumqayıt" - "Sabah" (85:100)
"Gəncə" - NTD (100:80)
Qeyd edək ki, 5 turdan sonra yoluna məğlubiyyətsiz davam edən "Neftçi" klubu çempionatın vahid lideridir. Azərbaycan Basketbol Liqasında (ABL) 6-cı turun oyunları ("Ordu" - "Sabah", "Neftçi" - NTD, "Naxçıvan" - "Landau Lions", "Gəncə" - "Sumqayıt") 6-8 noyabr tarixlərində keçiriləcək.
01 noy 2026
Azərbaycan basketbolu üçün tarixi həftə: Üç klubumuz Avropada qələbə qazanıb !
Azərbaycan klub basketbolu üçün cari mövsümdə oktyabr ayının sonuncu həftəsi beynəlxalq arenada misilsiz və tarixi bir uğur kimi yadda qalıb. Avropanın nüfuzlu klub turnirlərində ölkəmizi təmsil edən üç komandamız - "Sabah", "Landau Lions" və "Gəncə" keçirdikləri rəsmi oyunlarda qələbələr qazanaraq Azərbaycan basketbol tarixinə qızıl hərflərlə yazılacaq nəticələrə imza atıblar.Belə ki, basketbol üzrə Çempionlar Liqasında mübarizə aparan "Sabah" klubu nümayiş etdirdiyi əzmkar oyunla Fransanın "Nanter" klubu üzərində 87:80 hesablı qələbə əldə edib. FİBA Avropa Kubokunda ölkəmizi təmsil edən "Landau Lions" gərgin və əlavə vaxta gedən oyunun sonunda 94:86 hesabı ilə "Denizli Basket" ə, yalnız 5 əcnəbi basketbolçunun köməyindən istifadə edən "Gəncə" isə 69:67 hesabı ilə Portuqaliyanın köklü "Sportinq" klubuna qalib gələrək ilk qrup qələbələrini qazanıblar.
Eyni həftə ərzində üç müxtəlif klubumuzun Avropa səhnəsində möhtəşəm qələbələr qazanması Azərbaycan basketbolunun inkişaf tempini, yerli çempionatın səviyyəsinin yüksəldiyini və klublarımızın beynəlxalq miqyasda rəqabətədavamlı olduğunu bir daha sübut etmişdir.
30 okt 2026