Azərbaycan Basketbol Liqasında 6-cı turun daha iki oyunu keçirildi

19 noyabr tarixində "Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının 6-cı turu çərçivəsində daha iki oyun baş tutdu. Günün ilk görüşü çempionatın liderlərindən sayılan "NTD BK" və "Gəncə BK" komandaları arasında keçirildi. Gərgin keçən oyundan Gəncə basketbolçuları 86-89 hesablı qələbə ilə ayrıldılar. Ən məhsuldar basketbolçular: "NTD BK" ( Londel King - 24 xal, 12 ribaund ), "Gəncə BK" ( Kollin Törner - 25 xal, 10 ribaund ). Günün ikinci oyununda region təmsilçisi "Zirvə Astara BK", paytaxt komandası "Neftçi İK" ilə qarşılaşdı. Bu oyunda Astaralılar rəqibi üzərində 85-78 hesabı ilə qalib gələrək, çempionatda ilk qələbələrini qazandılar. Ən məhsuldar basketbolçular: "Zirvə Astara BK" ( Rashard Kruikşenk - 28 xal, 5 asist ), "Neftçi İK" ( Rey Maksvel - 27 xal, 6 ribaund )
Qeyd edək ki, turun bağlanış oyunu 20 noyabr saat 18:30 tarixində "AAAF Xırdalan BK" və "Olimpik Şəki BK" komandaları arasında keçiriləcək.
Xəbərlər
- Hamısı
- Əsas
- Faydalı

U-18 qadın millimiz artıq top ən güclü 12 komanda arasındadır !
Qızlardan ibarət U-18 millimiz Avropa Çempionatı B divizionunda 9-16-cı yerlər uğrunda ilk oyununu keçirib. Millimiz gərgin mübarizə şəraitində keçmiş oyunun yekununda Danimarka yığmasına 75:72 hesabı ilə qalib gəlib. Qızlarımız bu qələbə ilə bərabər ən güclü 12 milli arasındakı yerini təmin edib. Avropa Çempionatında yoluna davam edən qızlarımızı qələbə münasibətilə təbrik edir və 9-12-ci yerlər uğrunda Slovakiya seçməsi ilə önəmli oyunda uğurlar arzulayırıq.
11 iyl 2025

Qızlarımız Avropa Çempionatında 3-cü qələbəsini qazanıb !
Qızlardan ibarət U-18 millimiz Avropa Çempionatının B divizionunda sonuncu qrup oyununu keçirib. Millimiz son qrup oyununda Kosovo yığmasını 62:54 hesabı ilə məğlub edib və C qrupunu 3-cü sırada tamamlayıb. Qızlarımızı qələbə münasibətilə təbrik edir və onlara 9-16-cı yerlər uğrunda oyunlarda uğurlar arzulayırıq.
09 iyl 2025

Gərgin oyun, vacib qələbə ! Qızlarımız yoluna davam edir
Qızlardan ibarət U-18 millimiz Avropa Çempionatının B divizionunda növbəti qələbəsini qazanıb. Millimiz 4-cü qrup oyununda İslandiya yığmasını 86:79 hesabı ilə məğlub edib. Qızlarımızı qələbə münasibətilə təbrik edir və onlara 9 iyulda Kosovo yığması ilə oyunda uğurlar arzulayırıq.
08 iyl 2025