Azərbaycan Basketbol Liqasında 9-cu turun daha iki oyunu keçirildi
10 dekabr tarixində "Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının 9-cu turu çərçivəsində daha iki oyun baş tutdu. Günün ilk görüşü "NTD BK" və "Olimpik Şəki BK" komandaları arasında keçirildi. Oyun sürətli başlayan paytaxt basketbolçuları rəqibi üzərində 105-78 hesablı qələbəyə sevindilər. Ən məhsuldar basketbolçular: "NTD BK" ( Londell King - 29 xal, 14 ribaund ), "Olimpik Şəki BK" ( Ceyson Brauer - 30 xal, 9 ribaund ). Günün son oyununda "Neftçi İK" və "Sərhədçi PİK" basketbolçuları üz-üzə gəldilər. "Sərhədçi PİK" komandası rəqibi üzərində 76-81 hesabı ilə qələbə qazanaraq, ilk dövrədəki məğlubiyyətin əvəzini çıxdı. Ən məhsuldar basketbolçular: "Neftçi İK" (Bayron Maksvel - 25 xal, 15 ribaund ), "Sərhədçi PİK" (Endar Poladxanlı - 23 xal, 6 ribaund )
Qeyd edək ki, turun bağlanış oyunu 11 dekabr saat 18:30 tarixində, "Gəncə BK" və "Zirvə Astara BK" komandaları arasında keçiriləcək.
Xəbərlər
- Hamısı
- Əsas
- Faydalı
"Sabah" basketbol klubu ardıcıl dördüncü dəfə Azərbaycan çempionudur !
5 may Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının üçüncü oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyun bərabər mübarizə şəraitində davam etsə də, görüşün sonuncu periodunda "Sabah" üstünlüyü ələ alıb və yekunda 108:95 hesablı qələbəyə sevinib. Beləcə, "Sabah" super seriyada ümumi hesabı 3:0 edərək, klub tarixində ardıcıl dördüncü çempionluğunu qazanıb. Final seriyasının ən dəyərli basketbolçusu "Sabah" klubundan Castin Tilman seçilib.
05 may 2026
"Sabah" basketbolçularını çempionluqdan bir oyun ayırır
2 may Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının ikinci oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyuna "Sabah" klubu üstün başlayıb və bu üstünlüyünü son qədər qoruyaraq, yekunda 112:84 hesablı qələbə qazanıb. Bu qələbədən sonra super seriyada ümumi hesab 2:0 olub.
Qeyd edək ki, final seriyasının üçüncü oyunu 5 may saat 19:00-da baş tutacaq. Reqlamentə əsasən final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26 mövsümünün çempionu olacaq.
02 may 2026
"Sabah" final seriyasına qələbə ilə başlayıb
29 aprel Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının ilk oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyuna "Abşeron Lions" klubu üstün başlayıb və 12 xallıq fərqlə önə keçib. Oyunun 3-cü periodundan etibarən geridönüş etməyi bacaran "Sabah" basketbolçuları yekunda 98:93 hesablı qələbə qazanaraq, super seriyada ümumi hesabı 1:0 ediblər.
Qeyd edək ki, final seriyasının ikinci oyunu 2 may saat 14:00-da baş tutacaq. Reqlamentə əsasən final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26 mövsümünün çempionu olacaq.
29 apr 2026