Azərbaycan Basketbol Liqasında ikinci tura start verildi
19 oktyabr tarixində "Sərhədçi" İdman Mərkəzinin idman zalında basketbol üzrə Azərbaycan çempionatında (ABL) 2-ci turun iki oyunu baş tutdu. Turun ilk görüşündə çempionatın lideri "Gəncə" komandası, "Zirvə Astara" basketbolçularının qonağı idi. Son topa qədər davam edən oyunda Gəncəlilər yekunda rəqibi üzərində 77-78 hesablı qələbəyə sevindilər. Ən məhsuldar basketbolçular: "Gəncə BK" ( Abdulay Bundu 24 xal), "Zirvə Astara BK" (Nikolos Lolişvili 17xal). Turun ikinci oyununda "Sərhədçi PİK" və "Neftçi İK" komandaları qarşılaşırdılar. İlk qarşılaşma kimi, bu oyun da gərgin mübarizə şəraitində keçdi və sonda "Neftçi İK" basketbolçuları parketdən 80-85 hesablı qələbə ilə ayrıldılar. Ən məhsuldar basketbolçular: "Sərhədçi PİK" (Endər Poladxanlı - 33 xal), "Neftçi İK" (Mohsen Moradxani - 21 xal).
Qeyd edək ki, ikinci turun digər iki görüşü ("AAAF Xırdalan BK"-"Sabah BK", "Olimpik Şəki BK"- "NTD BK") 22 oktyabr tarixində "Sərhədçi" İdman Mərkəzində oynanılacaq.
Xəbərlər
- Hamısı
- Əsas
- Faydalı
"Sabah" basketbol klubu ardıcıl dördüncü dəfə Azərbaycan çempionudur !
5 may Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının üçüncü oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyun bərabər mübarizə şəraitində davam etsə də, görüşün sonuncu periodunda "Sabah" üstünlüyü ələ alıb və yekunda 108:95 hesablı qələbəyə sevinib. Beləcə, "Sabah" super seriyada ümumi hesabı 3:0 edərək, klub tarixində ardıcıl dördüncü çempionluğunu qazanıb. Final seriyasının ən dəyərli basketbolçusu "Sabah" klubundan Castin Tilman seçilib.
05 may 2026
"Sabah" basketbolçularını çempionluqdan bir oyun ayırır
2 may Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının ikinci oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyuna "Sabah" klubu üstün başlayıb və bu üstünlüyünü son qədər qoruyaraq, yekunda 112:84 hesablı qələbə qazanıb. Bu qələbədən sonra super seriyada ümumi hesab 2:0 olub.
Qeyd edək ki, final seriyasının üçüncü oyunu 5 may saat 19:00-da baş tutacaq. Reqlamentə əsasən final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26 mövsümünün çempionu olacaq.
02 may 2026
"Sabah" final seriyasına qələbə ilə başlayıb
29 aprel Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının ilk oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyuna "Abşeron Lions" klubu üstün başlayıb və 12 xallıq fərqlə önə keçib. Oyunun 3-cü periodundan etibarən geridönüş etməyi bacaran "Sabah" basketbolçuları yekunda 98:93 hesablı qələbə qazanaraq, super seriyada ümumi hesabı 1:0 ediblər.
Qeyd edək ki, final seriyasının ikinci oyunu 2 may saat 14:00-da baş tutacaq. Reqlamentə əsasən final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26 mövsümünün çempionu olacaq.
29 apr 2026