Azərbaycan Basketbol Liqasına start verildi
12 oktyabr tarixində "Sərhədçi" İdman Olimpiya Mərkəzinin idman zalında basketbol üzrə 28-ci Azərbaycan çempionatının (ABL) açılış oyunu baş tutdu. Azərbaycan Gənclər və İdman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev və Dövlət Sərhəd Xidmətinin rəis müavini general-leytenant Abbas Xəlilov açılış qarşılaşmasını izləyənlər arasında idilər. Açılış oyununda "Sərhədçi PİK" və "NTD BK" komandaları qarşılaşırdılar. Oyuna "NTD BK" basketbolçuları fəal başladılar. Onların bu üstünlüyü oyunun sonuna qədər davam etdi və yekunda 71-77 hesabı ilə rəqibini məğlubiyətə uğradan "NTD BK" komandası çempionata qələbə ilə başladı.
Qeyd edək ki, birinci turun digər görüşləri 15 oktyabr tarixində "Sərhədçi" İdman Olimpiya Mərkəzində oynanılacaq.
Xəbərlər
- Hamısı
- Əsas
- Faydalı
"Sabah" basketbol klubu ardıcıl dördüncü dəfə Azərbaycan çempionudur !
5 may Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının üçüncü oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyun bərabər mübarizə şəraitində davam etsə də, görüşün sonuncu periodunda "Sabah" üstünlüyü ələ alıb və yekunda 108:95 hesablı qələbəyə sevinib. Beləcə, "Sabah" super seriyada ümumi hesabı 3:0 edərək, klub tarixində ardıcıl dördüncü çempionluğunu qazanıb. Final seriyasının ən dəyərli basketbolçusu "Sabah" klubundan Castin Tilman seçilib.
05 may 2026
"Sabah" basketbolçularını çempionluqdan bir oyun ayırır
2 may Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının ikinci oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyuna "Sabah" klubu üstün başlayıb və bu üstünlüyünü son qədər qoruyaraq, yekunda 112:84 hesablı qələbə qazanıb. Bu qələbədən sonra super seriyada ümumi hesab 2:0 olub.
Qeyd edək ki, final seriyasının üçüncü oyunu 5 may saat 19:00-da baş tutacaq. Reqlamentə əsasən final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26 mövsümünün çempionu olacaq.
02 may 2026
"Sabah" final seriyasına qələbə ilə başlayıb
29 aprel Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının ilk oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyuna "Abşeron Lions" klubu üstün başlayıb və 12 xallıq fərqlə önə keçib. Oyunun 3-cü periodundan etibarən geridönüş etməyi bacaran "Sabah" basketbolçuları yekunda 98:93 hesablı qələbə qazanaraq, super seriyada ümumi hesabı 1:0 ediblər.
Qeyd edək ki, final seriyasının ikinci oyunu 2 may saat 14:00-da baş tutacaq. Reqlamentə əsasən final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26 mövsümünün çempionu olacaq.
29 apr 2026