Azərbaycan Basketbol Liqasında 13-cü turun daha bir oyunu keçirildi

14 yanvar tarixində "Sərhədçi" İdman Mərkəzində, "Neftçi İK" və "Zirvə Astara BK" komandaları üz-üzə gəldilər. Oyunun birinci dövrəsində hesabda geri düşməsinə baxmayaraq, sonradan geri dönüş edən paytaxt klubu oyundan 102-82 hesablı qələbə ilə ayrıldı. Ən məhsuldar basketbolçular: "Neftçi İK" ( Davit Lomidze - 26 xal, 8 asist ), "Zirvə Astara BK" ( Cerret Henderson - 33 xal, 10 ribaund )
Qeyd edək ki, 15 yanvar saat 15:00 tarixində turun bağlanış oyunu ("Olimpik Şəki BK" - "AAAF Xırdalan BK") keçiriləcəkdir.
Xəbərlər
- Hamısı
- Əsas
- Faydalı

U-12, U-14 və U-16 Uşaq Gənclər Basketbol Liqasında mükafatçılar müəyyənləşib
15 iyun Azərbaycan Texniki Universitetinin idman zalında U-12, U-14 və U-16 yaş qrupları üzrə oğlan basketbolçular arasında Uşaq Gənclər Basketbol Liqasının (UGBL) final və 3-cü yer uğrunda görüşləri oynanılıb.
U-12 yaş qrupu üzrə final oyununda "Baku Ballzone" komandası "Meteor F-Basket" klubuna 35-26 hesabı ilə qalib gələrək çempion olub. "Aztop Jr" klubu isə "Qaradağ" üzərində 27-25 hesablı qələbə ilə U-12 yaş qrupunda ən güclü 3-cü komanda olub.
U-14 yaş qrupunun finalında "Baku Ballzone" klubu 82-59 hesabı ilə Bakı Basketbol Akademiyasından (BBA) güclü olub və çempionluğa sevinib. RİOEUGİM-2 komandası 61-58 hesabı ilə UGİM-9'a qalib gələrək 3-cü pillənin sahibi olub.
U-16 yaş qrupu üzrə final görüşündə RİOEUGİM-2 klubu 93-69 hesabı ilə İOEUGİM-8 komandasından güclü olub və çempionluğu qazanıb. 3-cü yerin sahibi isə "Torpaq" klubuna 54-78 hesabı ilə qalib gəlmiş UGİM-10 basketbolçuları olublar.
Həlledici oyunlardan sonra mükafatlandırma mərasimi baş tutub. Kubok və medalçılara mükafatları Azərbaycan Basketbol Federasiyasının (ABF) idman direktoru Turqay Zeytingöz, FİBA dərəcəli hakimimiz Urfan Bayramlı və oğlanlardan ibarət U-16 millimizin baş məşqçisi Erhan Toker təqdim ediblər.
15 iyn 2025

U-12, U-14 və U-16 qız basketbol liqalarında mükafatçılar müəyyənləşib
10 iyun Azərbaycan Texniki Universitetinin idman zalında U-12, U-14 və U-16 qız basketbol liqalarında final və 3-cü yer uğrunda görüşlər oynanılıb. U-12 liqasının final oyununda İOEUGİM-8 komandası "AzStars" klubuna 48-31 hesabı ilə qalib gələrək çempion olub. "Birlik" klubu isə "Gəncə" üzərində 29-18 hesablı qələbə ilə liqanın ən güclü 3-cü komandası olub. U-14 liqasının finalında AAAF klubu 59-22 hesabı ilə "Gəncə"dən güclü olub və çempionluğa sevinib. İEOUGİM-8 komandası 55-26 hesabı ilə "Cəlilabad"a qalib gələrək 3-cü pillənin sahibi olub. U-16 liqasının final görüşündə "AzStars" klubu 74-32 hesabı ilə İOEUGİM-8 komandasından güclü olub və çempionluğu qazanıb. 3-cü yerin sahibi isə AAAF kollektivinə 41-45 hesabı ilə qalib gəlmiş "Gəncə" basketbolçuları olublar. Həlledici oyunlardan sonra mükafatlandırma mərasimi baş tutub. Kubok və medalçılara mükafatları qadınlardan ibarət millimizin baş məşqçisi Evren Alkaya, U-16 qız millisinin baş məşqçisi Ferhat Akcan və Azərbaycan Hakimlər Komitəsinin sədri Ələkbər Həsənov təqdim ediblər.
11 iyn 2025

3x3 basketbol üzrə qadın millimiz Avropa Kuboku 2025-də !
3x3 basketbol üzrə qadın millimiz 7-8 iyun tarixlərində Kosovonun paytaxtı Priştina şəhərində təşkil olunmuş Avropa Kubokunun (2025) təsnifat mərhələsinin qalibi olub. Təsnifat mərhələsinin ən dəyərli qadın basketbolçusu (MVP) millimizin üzvü Brianna Freyzer seçilib. Bu çempionluqla bərabər qızlarımız Avropa Kubokunun (2025) final mərhələsində iştirak etmək hüququ qazanıblar. Qeyd edək ki, Avropa Kubokunun (2025) final mərhələsi 5-7 sentyabr tarixlərində Danimarkanın paytaxtı Kopenhagen şəhərində baş tutacaq.
08 iyn 2025