"NTD" çempionatın şəriksiz lideridir
1 aprel "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 23-cü turunun iki oyunu baş tutub. Günün ilk oyununda "NTD" komandası, region təmsilçisi "Olimpik Şəki" ilə üz-üzə gəlib. "NTD" basketbolçuları bu oyunda 102-71 hesablı rahat qələbə qazanaraq, çempionatın vahid lideri olublar. Ən məhsuldar basketbolçular: "NTD BK" (Brayson Robinson - 24 xal, 7 asist ), "Olimpik Şəki BK" ( Larri Robinson - 21 xal, 6 asist ) Günün ikinci oyunu "Neftçi" və "Sərhədçi" basketbolçuları arasında keçirilib. Bu görüşdə 89-77 hesablı qələbə qazanan "Neftçi", rəqibinin play-off şanslarını azaldıb. Ən məhsuldar basketbolçular: "Neftçi BK" ( Yuriy Kondrakov - 22 xal, 11 ribaund, 11 asist ), "Sərhədçi PİK" ( Maksvel Starvud - 24 xal, 3 ribaund )
Qeyd edək ki, 23-ci tura "Gəncə BK" - "Zirvə Astara BK" oyunu ilə yekun vurulacaq
Xəbərlər
- Hamısı
- Əsas
- Faydalı
Milli komandamızın üzvləri ölkəmizi ABŞ-də təmsil edəcək !
Qadın basketbolçulardan ibarət əsas milli komandamızın 6 üzvü Amerika Birləşmiş Ştatlarının müxtəlif təhsil müəssisələrindən və basketbol akademiyalarından rəsmi dəvət alıb. Basketbolçularımız yeni mövsümdən etibarən təhsillərini və idman karyeralarını ABŞ-də davam etdirəcəklər. Bu keçidlər milli komandamızın üzvlərinə dünyanın aparıcı basketbol sistemində təcrübə toplamaq, fərdi bacarıqlarını inkişaf etdirmək və beynəlxalq arenada yeni mərhələyə adlamaq imkanı yaradacaq. Onların okean o tayında qazanacaqları təcrübənin gələcəkdə Azərbaycan basketbolunun inkişafına böyük töhfə verəcəyi gözlənilir.
ABŞ-yə yollanan basketbolçularımız və təhsil müəssisələri:
Səlminaz Ramazanlı — Louisiana Christian University
Ela Nur Gökçöl — Georgian Court University
Aylin Əkbərzadə — John Bapst Memorial High School
Polina Şukina — Central Florida Prep
Aylin Niftəliyeva — Springfield Commonwealth Academy
Deniz Gökçöl — Central Pointe Christian Academy
04 sen 2026
Qızlarımızın Avropa çempionatı B divizionundakı oyunları yekunlaşıb.
9 avqust qızlardan ibarət U-18 millimiz Rumıniyanın Tulça şəhərində keçirilən Avropa çempionatı B divizionunda 17-20-ci yerlər uğrunda oyunda Norveç seçməsi ilə qarşılaşıb. Millimiz çempionatdakı son oyununda rəqibini 77:48 hesabı ilə məğlub edib. Görüşün ən dəyərli basketbolçusu (MVP) 25 xal, 22 ribaundla millimizin üzvü Polina Şukina seçilib. Bu qələbə millimizin ardıcıl üçüncü qələbəsi olub. Qızlarımız daha öncə Şimali Makedoniya yığmasına 75:73, Estoniya seçməsinə isə 74:71 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, Avropa çempionatı B divizionundakı çıxışını yekunlaşdıran U-18 qız millimiz çempionatı 20 komanda arasında 17-ci sırada bitirib.
09 avq 2026
U-18 millimizin Avropa Çempionatı B divizionundakı oyunları yekunlaşıb.
3 avqust oğlanlardan ibarət U-18 millimiz Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən Avropa çempionatı B divizionunda sonuncu oyununu keçirib. Millimiz 15-16-cı yerlər uğrunda görüşdə İslandiya seçməsinə 73:91 hesabı ilə məğlub olub və Avropa çempionatı B divizionunu 22 komanda arasında 16-cı sırada tamamlayıb.
02 avq 2026