Təcrübəli hakimimiz Ələkbər Həsənovun beynəlxalq karyerasında son oyun !

 Azərbaycan basketbolunun tanınmış simalarından biri, beynəlxalq dərəcəli hakim Ələkbər Həsənov FİBA bayrağı altında keçirilən yarışlarda son oyununa çıxır. Təcrübəli hakimimiz Gürcüstanda təşkil olunan 16 yaşadək oğlanlar arasında Avropa Çempionatında Sloveniya və İtaliya yığmaları arasında keçiriləcək bürünc medal uğrunda matçı idarə edəcək. Bu oyun Ələkbər Həsənovun beynəlxalq arenada baş hakim kimi son matçı olacaq və onun uzun illər davam edən uğurlu beynəlxalq karyerasının simvolik yekunu kimi tarixə düşəcək. Ələkbər Həsənov 2010-cu ildən etibarən FİBA-nın təşkil etdiyi beynəlxalq yarışlarda ədaləti qoruyub. 15 il ərzində o, Avropa çempionatlarının müxtəlif yaş kateqoriyalarında, beynəlxalq turnirlərdə və klublararası yarışlarda Azərbaycan basketbolunu layiqincə təmsil edib. Bu yarışlar arasında qadınların Avroliqa finalı, Avropa Çempionatlarının müxtəlif divizionlarında final görüşləri və Olimpiya Festivalının final qarşılaşması olub. Beynəlxalq karyerasına yekun vuran Həsənov basketbola bağlılığını davam etdirəcək. O, bundan sonra Azərbaycan Basketbol Liqasında (ABL) oyunları idarə etməklə yanaşı, gənc hakimlərin yetişməsinə dəstək olacaq. FİBA-nın gələcək yarışlarında isə o, artıq instruktor kimi fəaliyyət göstərəcək və öz təcrübəsini yeni nəsil hakimlərə ötürəcək. Ələkbər Həsənovun illərdir göstərdiyi xidmətlər Azərbaycan basketbol hakimliyinin inkişafın etməsində önəmli rol oynayıb. Onun adı hər zaman Azərbaycan hakimliyinin beynəlxalq arenada etibarlı siması kimi yadda qalacaq.

 Azərbaycan Basketbol Federasiyası (ABF) adından Ələkbər Həsənova gələcək fəaliyyətində uğurlar arzulayırıq !

Paylaş

Xəbərlər

  • Hamısı
  • Əsas
  • Faydalı

"Sabah" basketbol klubu ardıcıl dördüncü dəfə Azərbaycan çempionudur !

 5 may Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının üçüncü oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyun bərabər mübarizə şəraitində davam etsə də, görüşün sonuncu periodunda "Sabah" üstünlüyü ələ alıb və yekunda 108:95 hesablı qələbəyə sevinib. Beləcə, "Sabah" super seriyada ümumi hesabı 3:0 edərək, klub tarixində ardıcıl dördüncü çempionluğunu qazanıb. Final seriyasının ən dəyərli basketbolçusu "Sabah" klubundan Castin Tilman seçilib.

Daha çox

05 may 2026

"Sabah" basketbolçularını çempionluqdan bir oyun ayırır

 2 may Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının ikinci oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyuna "Sabah" klubu üstün başlayıb və bu üstünlüyünü son qədər qoruyaraq, yekunda 112:84 hesablı qələbə qazanıb. Bu qələbədən sonra super seriyada ümumi hesab 2:0 olub.

 Qeyd edək ki, final seriyasının üçüncü oyunu 5 may saat 19:00-da baş tutacaq. Reqlamentə əsasən final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26 mövsümünün çempionu olacaq.

Daha çox

02 may 2026

"Sabah" final seriyasına qələbə ilə başlayıb

  29 aprel Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının ilk oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyuna "Abşeron Lions" klubu üstün başlayıb və 12 xallıq fərqlə önə keçib. Oyunun 3-cü periodundan etibarən geridönüş etməyi bacaran "Sabah" basketbolçuları yekunda 98:93 hesablı qələbə qazanaraq, super seriyada ümumi hesabı 1:0 ediblər.

 Qeyd edək ki, final seriyasının ikinci oyunu 2 may saat 14:00-da baş tutacaq. Reqlamentə əsasən final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26 mövsümünün çempionu olacaq.

Daha çox

29 apr 2026