Dünya Qadın Seriyasının "Astara" mərhələsi baş tutub
20-21 may tarixlərində Dünya Qadın Seriyasında "Astara" mərhələsinin oyunları baş tutub. Qruplarda iki yeri tutmuş komandalar 1/4 final mərhələsinə vəsiqə qazanıblar. İlk 1/4 final oyununda Ukrayna seçməsi, Polşa komandasına 16-13 hesabı ilə qalib gəlib. Klub təmsilçimiz "Neftçi" isə 1/4 final oyununda güclü Çin millisinə 21-6 hesabı ilə məğlub olub. Digər 1/4 final oyunlarında Avstriya 14-8 hesabı ilə Macarıstana, Misir seçməsi isə, Çinin "Yuanda" klubuna 21-13 hesabı ilə qalib gəlib. Yarımfinal oyunları: Ukrayna - Çin (17-19), Avstriya - Misir (14-21). Dünya Qadın Seriyasında "Astara" mərhələsinin çempionu isə, finalda Misir millisinə 21-15 hesabı ilə qalib gəlmiş Çin seçmə komandası olub.
Xəbərlər
- Hamısı
- Əsas
- Faydalı
Azərbaycan Basketbol Federasiyası ilə Azərbaycan İdman Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Ölkədə basketbolun inkişafı, kütləviləşdirilməsi və idman təhsili ilə praktiki fəaliyyətin qarşılıqlı inteqrasiyasını gücləndirmək məqsədilə Azərbaycan Basketbol Federasiyası (ABF) ilə Azərbaycan İdman Akademiyası (ASA) arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədin əsas məqsədi tərəflərin mövcud elmi-tədris və praktiki imkanlarını birləşdirərək yüksəkixtisaslı idman mütəxəssislərinin hazırlanmasına, eləcə də tələbə və gənclərin idmana cəlb olunmasına dəstək göstərməkdir. Memorandum çərçivəsində əməkdaşlığın əsas istiqamətləri aşağıdakılardır:
Basketbolun inkişafı və təbliği: Müxtəlif yaş qrupları üzrə liqaların, turnirlərin təşkili, idman infrastrukturunun gücləndirilməsi və sağlam həyat tərzini təşviq edən sosial layihələrin icrası.
Gənc basketbolçuların və kadrların inkişafı: İstedadlı tələbə və gənc idmançıların aşkar edilərək yüksək səviyyəli yarışlara hazırlanması, məşqçilərin, hakimlərin, idman menecerləri və həkimlərinin peşəkar ixtisasartırması.
Təcrübə və təhsilin inteqrasiyası: Akademiya tələbələrinin federasiyada praktiki dərslər və təcrübə proqramları keçməsi, yarışların təşkili və idman idarəçiliyi sahəsində real iş mühiti ilə tanışlığı.
Azarkeş mədəniyyəti və fan klubların təşkili: Tələbə və gənclərin oyunlara aktiv cəlb olunması, universitet mühitində basketbol həvəskarlarının bir araya gətirilməsi və mütəşəkkil fan klubların formalaşdırılmasına dəstək.
Media və kommunikasiya layihələri: İdman jurnalistikası və kommunikasiya sahəsində gənc media nümayəndələrinin inkişafı, tərəflərin birgə sosial media layihələrinin həyata keçirilməsi.
İmzalanan memorandum ölkə basketbolunda akademik biliklərlə praktiki təcrübənin vəhdətini yaratmaqla yanaşı, həm meydançada, həm tribunalarda, həm də media mühitində yeni nəsil mütəxəssislərin yetişməsinə mühüm töhfə verəcək.
23 noy 2026
Təxirə salınmış oyunları qalib tamamlayan "Sabah" və "Neftçi" klubları çempionata liderlik edirlər.
21 və 22 noyabr tarixlərində Azərbaycan Basketbol Liqasında (ABL) təxirə salınmış görüşlər keçirilib. ABL-in 1-ci, 2-ci və 3-cü turlarından təxirə salınmış oyunlarında aşağıdakı hesablar qeydə alınıb.
"Naxçıvan" - "Neftçi" (84:104)
"Sabah" - "Gəncə" (107:85)
"Landau Lions" - "Ordu" (97:80)
Qeyd edək ki, təxirə salınmış oyunlardan sonra "Sabah" və "Neftçi" klubları ilk pilləyə şərikli liderdlik edirlər.
22 noy 2026
Azərbaycan ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək.
20 noyabr FIBA Avropa İdarə Heyətinin Almaniyanın Hamburq şəhərində keçirilən iclasında 2027-ci ilin gənclər arasında Avropa çempionatlarının ev sahibləri müəyyənləşib. Qərara əsasən, 20 yaşadək oğlanlar (U-20) arasında Avropa çempionatının B divizionunun oyunları 2027-ci il iyulun 9-dan 18-dək Bakıda təşkil olunacaq.
Qeyd edək ki, U-20 Avropa çempionatı B divizionun oyunları ilk dəfə olaraq ölkəmizdə keçiriləcək.