Basketbol üzrə Azərbaycan Kubokunun (2025) püşkatma mərasimi baş tutub

 21 yanvar Bakı İdman Sarayının konfrans zalında basketbol üzrə Azərbaycan Kubokunun (2025) püşkatma mərasimi baş tutub. Püşkün nəticələrinə əsasən 1/8 final mərhələsində "Abşeron"-"Quba", "Gəncə"-"Ordu", "Lənkəran"-NTD, "Sumqayıt"-"Neftçi" oyunları keçiriləcəkdir. 28-29 yanvarda oynanılacaq 1/8 final cütlərində püşkə əsasən adları birinci qeyd olunmuş klublar ev sahibi olacaqlar. 1/4 finalda isə "Abşeron"-"Quba" cütünün qalibi "Naxçıvan" ilə, "Gəncə"-"Ordu" cütünün qalibi "Sərhədçi" ilə, "Lənkəran"-NTD cütünün qalibi "Şəki" ilə, "Sumqayıt"-"Neftçi" cütünün qalibi isə "Sabah" ilə qarşılaşacaqdır. Kubokun reqlamentinə, meydanda 2 yerli basketbolçunun olması və bütün görüşlərin nəticələrinin bir oyuna görə təyin olunması daxil edilmişdir. Qeyd edək ki, 1/8 finaldan fərqli olaraq, 1/4 final, yarımfinal və final oyunları Bakıda baş tutacaqdır

Paylaş

Xəbərlər

  • Hamısı
  • Əsas
  • Faydalı

U-18 qadın millimiz artıq top ən güclü 12 komanda arasındadır !

Daha çox

Qızlarımız Avropa Çempionatında 3-cü qələbəsini qazanıb !

Daha çox

Gərgin oyun, vacib qələbə ! Qızlarımız yoluna davam edir

Daha çox

U-18 qadın millimiz artıq top ən güclü 12 komanda arasındadır !

Daha çox

Qızlarımız Avropa Çempionatında 3-cü qələbəsini qazanıb !

Daha çox

Gərgin oyun, vacib qələbə ! Qızlarımız yoluna davam edir

Daha çox