Azərbaycan Basketbol Federasiyası hesabat tədbiri keçirdi

Bu gün Azərbaycan Basketbol Federasiyası son 5 ay ərzində  görülmüş işlərlə bağlı hesabat verib, qarşıda nəzərdə tutulan mühüm layihələr, atılacaq addımlar  haqqında ictimaiyyəti məlumatlandırdı.Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə,Təhsil Naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, Gənclər və İdman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin  Baş katibi Azər Əliyev, eləcə də digər rəsmilər,ali təhsil ocaqlarının rektorları və basketbol ictimaiyyətinin üzvləri iştirak edirdilər.Tədbirdə Emin Əmrullayev  federasiyaya prezident seçildiyi 2021-ci ilin 14 dekabr tarixindən ötən dövr ərzində idmanın basketbol növündə görülən işlər, qarşıda duran planlar haqqında məlumat verdi. Təqdimat zamanı 4 aylıq seleksiya işlərinin yekunları barədə məlumat verildi və bildirildi ki, fevral ayının əvvəlindən yerli mütəxəssislərin köməyi ilə ölkə üzrə 6 zonada seminarlar keçirilib.Növbəti ildən isə artıq seleksiya vasitəsilə seçilmiş uşaqlar üçün basketbol sinifləri də yaradılacaq.

Paylaş

Xəbərlər

  • Hamısı
  • Əsas
  • Faydalı

U-18 qadın millimiz artıq top ən güclü 12 komanda arasındadır !

Daha çox

Qızlarımız Avropa Çempionatında 3-cü qələbəsini qazanıb !

Daha çox

Gərgin oyun, vacib qələbə ! Qızlarımız yoluna davam edir

Daha çox

U-18 qadın millimiz artıq top ən güclü 12 komanda arasındadır !

Daha çox

Qızlarımız Avropa Çempionatında 3-cü qələbəsini qazanıb !

Daha çox

Gərgin oyun, vacib qələbə ! Qızlarımız yoluna davam edir

Daha çox