Azərbaycan Basketbol Liqasında (ABL) 2024/25 mövsümünə start verilib

18 oktybar Bakı İdman Sarayında basketbol üzrə 30-cu Azərbaycan çempionatının təntənəli açılış mərasimi baş tutub. Açılış mərasiminə "dunk contest" şousu ilə start verilib. Yarışmanın qalibi öz atletik "dunk" ları ilə "Ordu" klubunun üzvü Brendon Taker olub. Daha sonra isə Azərbaycan Basketbol Liqasında (ABL) "Neftçi" və "Naxçıvan" klubları arasında yeni mövsümün açılış oyunu keçirilib. Başabaş mübarizə şəraitində keçən oyunun yekununda, "Naxçıvan" 84-79 hesabı ilə "Neftçi" üzərində qələbə qazanıb.
Xəbərlər
- Hamısı
- Əsas
- Faydalı

Qızlarımızdan möhtəşəm debüt və tarixi qələbə !
Qızlardan ibarət U-18 millimiz ilk dəfə iştirak etdiyi Avropa Çempionatının B divizionunda uğurlu debüt edib. Millimiz ilk qrup oyununda Bosniya və Herseqovina yığması üzərində 83:81 hesablı qələbə ilə ölkə qadın basketbolu tarixində bir ilki reallaşdırıb. Qızlarımızı bu uğurlu nəticə münasibətilə təbrik edir və növbəti qarşılaşmalarda onlara uğurlar arzulayırıq.
04 iyl 2025

U-12, U-14 və U-16 Uşaq Gənclər Basketbol Liqasında mükafatçılar müəyyənləşib
15 iyun Azərbaycan Texniki Universitetinin idman zalında U-12, U-14 və U-16 yaş qrupları üzrə oğlan basketbolçular arasında Uşaq Gənclər Basketbol Liqasının (UGBL) final və 3-cü yer uğrunda görüşləri oynanılıb.
U-12 yaş qrupu üzrə final oyununda "Baku Ballzone" komandası "Meteor F-Basket" klubuna 35-26 hesabı ilə qalib gələrək çempion olub. "Aztop Jr" klubu isə "Qaradağ" üzərində 27-25 hesablı qələbə ilə U-12 yaş qrupunda ən güclü 3-cü komanda olub.
U-14 yaş qrupunun finalında "Baku Ballzone" klubu 82-59 hesabı ilə Bakı Basketbol Akademiyasından (BBA) güclü olub və çempionluğa sevinib. RİOEUGİM-2 komandası 61-58 hesabı ilə UGİM-9'a qalib gələrək 3-cü pillənin sahibi olub.
U-16 yaş qrupu üzrə final görüşündə RİOEUGİM-2 klubu 93-69 hesabı ilə İOEUGİM-8 komandasından güclü olub və çempionluğu qazanıb. 3-cü yerin sahibi isə "Torpaq" klubuna 54-78 hesabı ilə qalib gəlmiş UGİM-10 basketbolçuları olublar.
Həlledici oyunlardan sonra mükafatlandırma mərasimi baş tutub. Kubok və medalçılara mükafatları Azərbaycan Basketbol Federasiyasının (ABF) idman direktoru Turqay Zeytingöz, FİBA dərəcəli hakimimiz Urfan Bayramlı və oğlanlardan ibarət U-16 millimizin baş məşqçisi Erhan Toker təqdim ediblər.
15 iyn 2025

U-12, U-14 və U-16 qız basketbol liqalarında mükafatçılar müəyyənləşib
10 iyun Azərbaycan Texniki Universitetinin idman zalında U-12, U-14 və U-16 qız basketbol liqalarında final və 3-cü yer uğrunda görüşlər oynanılıb. U-12 liqasının final oyununda İOEUGİM-8 komandası "AzStars" klubuna 48-31 hesabı ilə qalib gələrək çempion olub. "Birlik" klubu isə "Gəncə" üzərində 29-18 hesablı qələbə ilə liqanın ən güclü 3-cü komandası olub. U-14 liqasının finalında AAAF klubu 59-22 hesabı ilə "Gəncə"dən güclü olub və çempionluğa sevinib. İEOUGİM-8 komandası 55-26 hesabı ilə "Cəlilabad"a qalib gələrək 3-cü pillənin sahibi olub. U-16 liqasının final görüşündə "AzStars" klubu 74-32 hesabı ilə İOEUGİM-8 komandasından güclü olub və çempionluğu qazanıb. 3-cü yerin sahibi isə AAAF kollektivinə 41-45 hesabı ilə qalib gəlmiş "Gəncə" basketbolçuları olublar. Həlledici oyunlardan sonra mükafatlandırma mərasimi baş tutub. Kubok və medalçılara mükafatları qadınlardan ibarət millimizin baş məşqçisi Evren Alkaya, U-16 qız millisinin baş məşqçisi Ferhat Akcan və Azərbaycan Hakimlər Komitəsinin sədri Ələkbər Həsənov təqdim ediblər.
11 iyn 2025