Qadın millimiz ardıcıl 3-cü dəfə Avropa Kuboku 2026-nın final mərhələsində !

 14 iyun Kosovonun paytaxtı Priştina şəhərində 3x3 basketbol üzrə Avropa Kuboku 2026-nın seçmə mərhələsinin həlledici oyunları baş tutub.Yarımfinalda ev sahibi Kosovo seçməsinə 5:21 hesabı ilə qalib gələn millimiz finala vəsiqə əldə edib. Qızlarımız seçmə mərhələnin ən gərgin görüşü olan final oyunun yekununda İrlandiya yığmasına 21:20 hesabı ilə qalib gəlib. Yarışın ən dəyərli basketbolçusu (MVP) millimizin üzvü Aleksandra Molenhauer seçilib.Bu qələbə sayəsində komandamız Avropa Kuboku 2026-nın final mərhələsinə vəsiqə qazanıb.

 Qeyd edək ki, Avropa Kubokunun (2026) final mərhələsi 11-13 sentyabr tarixlərində Belçikanın Antverpen şəhərində keçiriləcək.

Paylaş

Xəbərlər

  • Hamısı
  • Əsas
  • Faydalı

Azərbaycan Basketbol Federasiyası ilə Azərbaycan İdman Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

 Ölkədə basketbolun inkişafı, kütləviləşdirilməsi və idman təhsili ilə praktiki fəaliyyətin qarşılıqlı inteqrasiyasını gücləndirmək məqsədilə Azərbaycan Basketbol Federasiyası (ABF) ilə Azərbaycan İdman Akademiyası (ASA) arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədin əsas məqsədi tərəflərin mövcud elmi-tədris və praktiki imkanlarını birləşdirərək yüksəkixtisaslı idman mütəxəssislərinin hazırlanmasına, eləcə də tələbə və gənclərin idmana cəlb olunmasına dəstək göstərməkdir. Memorandum çərçivəsində əməkdaşlığın əsas istiqamətləri aşağıdakılardır:

Basketbolun inkişafı və təbliği: Müxtəlif yaş qrupları üzrə liqaların, turnirlərin təşkili, idman infrastrukturunun gücləndirilməsi və sağlam həyat tərzini təşviq edən sosial layihələrin icrası.

Gənc basketbolçuların və kadrların inkişafı: İstedadlı tələbə və gənc idmançıların aşkar edilərək yüksək səviyyəli yarışlara hazırlanması, məşqçilərin, hakimlərin, idman menecerləri və həkimlərinin peşəkar ixtisasartırması.

Təcrübə və təhsilin inteqrasiyası: Akademiya tələbələrinin federasiyada praktiki dərslər və təcrübə proqramları keçməsi, yarışların təşkili və idman idarəçiliyi sahəsində real iş mühiti ilə tanışlığı.

Azarkeş mədəniyyəti və fan klubların təşkili: Tələbə və gənclərin oyunlara aktiv cəlb olunması, universitet mühitində basketbol həvəskarlarının bir araya gətirilməsi və mütəşəkkil fan klubların formalaşdırılmasına dəstək.

Media və kommunikasiya layihələri: İdman jurnalistikası və kommunikasiya sahəsində gənc media nümayəndələrinin inkişafı, tərəflərin birgə sosial media layihələrinin həyata keçirilməsi.

 İmzalanan memorandum ölkə basketbolunda akademik biliklərlə praktiki təcrübənin vəhdətini yaratmaqla yanaşı, həm meydançada, həm tribunalarda, həm də media mühitində yeni nəsil mütəxəssislərin yetişməsinə mühüm töhfə verəcək.

Daha çox

23 noy 2026

Təxirə salınmış oyunları qalib tamamlayan "Sabah" və "Neftçi" klubları çempionata liderlik edirlər.

 21 və 22 noyabr tarixlərində Azərbaycan Basketbol Liqasında (ABL) təxirə salınmış görüşlər keçirilib. ABL-in 1-ci, 2-ci və 3-cü turlarından təxirə salınmış oyunlarında aşağıdakı hesablar qeydə alınıb.

"Naxçıvan" - "Neftçi" (84:104)

"Sabah" - "Gəncə" (107:85)

"Landau Lions" - "Ordu" (97:80) ​

 Qeyd edək ki, təxirə salınmış oyunlardan sonra "Sabah" və "Neftçi" klubları ilk pilləyə şərikli liderdlik edirlər.

Daha çox

22 noy 2026

Azərbaycan ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

 20 noyabr ​FIBA Avropa İdarə Heyətinin Almaniyanın Hamburq şəhərində keçirilən iclasında 2027-ci ilin gənclər arasında Avropa çempionatlarının ev sahibləri müəyyənləşib. ​Qərara əsasən, 20 yaşadək oğlanlar (U-20) arasında Avropa çempionatının B divizionunun oyunları 2027-ci il iyulun 9-dan 18-dək Bakıda təşkil olunacaq.

 Qeyd edək ki, U-20 Avropa çempionatı B divizionun oyunları ilk dəfə olaraq ölkəmizdə keçiriləcək.