Qadın millimiz FİBA Çempionlar Kubokunda tarixi nəticəyə imza atıb !
15 mart qadınlardan ibarət 3x3 basketbol üzrə milli komandamızın FİBA Çempionlar Kubokunda həlledici oyunları baş tutub. B qrupunu ikinci sırada bitirmiş millimiz yarımfinal oyununda basketbolun yaradıcıları sayılan ABŞ yığması üzərində 22:20 hesablı qələbə qazanaraq, finala yüksəlib. Qızlarımız finalda Niderland seçməsi ilə qarşılaşıb. Oyun rəqibin 21:12 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz ilk dəfə iştirak etdiyi FİBA Çempionlar Kubokunda güclü rəqiblərə qarşı layiqli mübarizə aparaq, turniri gümüş medalla tamamlayıb və Azərbaycan basketbolu adına tarixi nəticəyə imza atıb.
Xəbərlər
- Hamısı
- Əsas
- Faydalı
"Sabah" basketbol klubu ardıcıl dördüncü dəfə Azərbaycan çempionudur !
5 may Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının üçüncü oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyun bərabər mübarizə şəraitində davam etsə də, görüşün sonuncu periodunda "Sabah" üstünlüyü ələ alıb və yekunda 108:95 hesablı qələbəyə sevinib. Beləcə, "Sabah" super seriyada ümumi hesabı 3:0 edərək, klub tarixində ardıcıl dördüncü çempionluğunu qazanıb. Final seriyasının ən dəyərli basketbolçusu "Sabah" klubundan Castin Tilman seçilib.
05 may 2026
"Sabah" basketbolçularını çempionluqdan bir oyun ayırır
2 may Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının ikinci oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyuna "Sabah" klubu üstün başlayıb və bu üstünlüyünü son qədər qoruyaraq, yekunda 112:84 hesablı qələbə qazanıb. Bu qələbədən sonra super seriyada ümumi hesab 2:0 olub.
Qeyd edək ki, final seriyasının üçüncü oyunu 5 may saat 19:00-da baş tutacaq. Reqlamentə əsasən final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26 mövsümünün çempionu olacaq.
02 may 2026
"Sabah" final seriyasına qələbə ilə başlayıb
29 aprel Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Abşeron Lions" final seriyasının ilk oyunu keçirilib. Bakı İdman Sarayında baş tutmuş oyuna "Abşeron Lions" klubu üstün başlayıb və 12 xallıq fərqlə önə keçib. Oyunun 3-cü periodundan etibarən geridönüş etməyi bacaran "Sabah" basketbolçuları yekunda 98:93 hesablı qələbə qazanaraq, super seriyada ümumi hesabı 1:0 ediblər.
Qeyd edək ki, final seriyasının ikinci oyunu 2 may saat 14:00-da baş tutacaq. Reqlamentə əsasən final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26 mövsümünün çempionu olacaq.
29 apr 2026