"Neftçi" Dünya Qadın Seriyasının dörd qat mərhələ qalibidir
27-28 avqust Macarıstanda təşkil olunan 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Debretsen mərhələsi yekunlaşıb. "Neftçi" ilk öncə qrup oyunlarında Ukrayna millisinə 22-6, U-24 ABŞ seçməsinə isə 21-9 hesabı ilə qalib gəlib. 1/4 finalda "Neftçi" Macarıstanın "Gyor" klubuna 20-18, yarımfinalda isə Macarıstan millisinə 22-14 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Təmsilçimiz "Neftçi" final oyununda Almaniyanın "Düsseldorf Zoos" klubu ilə qarşılaşıb. Oyuna üstün başlayan "Neftçi", yekunda rəqibi üzərində 21-10 hesabı ilə qələbə qazanaraq, heç bir görüşdə məğlub olmadan Debretsen mərhələsinin qalibi olub. Debretsen mərhələsinin ən dəyərli oyunçusu (MVP) "Neftçi" klubunun üzvü Bryana Freyzer seçilib. Bu çempionluq ilə "Neftçi", Dünya Qadın Seriyasında 4-cü dəfə mərhələ qalibi olub.
Xəbərlər
- Hamısı
- Əsas
- Faydalı
Seminarı uğurla bitirmiş məşqçilərə sertifikalar təqdim olundu
25 aprel "Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Federasiyasının (ABF) məşqçilik seminar təlimlərini uğurla tamamlamış uşaq basketbol məşqçilərinə sertifikatların təqdim olunma mərasimi baş tutub. Federasiya rəsmiləri tərəfindən seminarı uğurla tamamlamış 44 məşqçidən 9-u "B", 35-i isə "C" kateqoriyalı sertifikatlarla təltif olunub. Qeyd edək ki, seminar təlimlərdə uğursuz nəticə göstərmiş məşqçilər üçün, Azərbaycan Basketbol Federasiyası tərəfindən yay aylarında yenidən seminar təlimlər təşkil olunacaqdır.
25 apr 2024
"Neftçi" kubokun qalibidir !
20 aprel "Sərhədçi" İdman Mərkəzində, basketbol üzrə Azərbaycan Kubokunun final oyunu baş tutub. Dolu tribunalar qarşısında keçirilən "Neftçi" - "Xəzri" klublarının oyununda, görüşə "Xəzri" üstün başlayıb və hesabda 10 xal fərqi ilə üstünlük yaxalayıb. Lakin sonradan geridönüş etməyi bacaran "Neftçi", yekunda 65-61 hesablı qələbə qazanaraq, kubokun sahibi olub. Finalın ən dəyərli oyunçusu (MVP) "Neftçi" dən Ulaş Turqut seçilib. Ən məhsuldar basketbolçular: "Neftçi" (Ulaş Turqut - 15 xal, 8 ribaund), "Xəzri" (Cordan Perkins - 15 xal, 13 asist)
20 apr 2024
Seminarda uğurlu nəticə göstərmiş məşqçilərə sertifikatlar təqdim olunacaq
25 aprel 2024-cü il saat 12:00-da Sərhədçi İM də Azərbaycan Basketbol Federasiyası tərəfindən ölkə ərazisində fəaliyyət göstərən uşaq basketbol məşqçiləri seminar təliminin qiymətləndirilməsində uğurlu nəticələr əldə etmiş məşqçi/müəllimlərə Azərbaycan Basketbol Federasiyasının "B" və "C" kateqoriyalı sertifikatlar təqdim olunacaq. Azərbaycan Basketbol Federasiyası tərəfindən ölkə ərazisində fəaliyyət göstərən uşaq basketbol məşqçiləri seminar təlimdə uğursuz nəticə əldə edənlər yay mövsümündə həftədə 2 dəfə olaraq 3 həftəlik seminar təlimlər olacaq. Seminar təlimlərdən sonra yenidən imtahan olacaq. "C" kateqoriyası alan məşqçi müəllimlər kateqoriya səviyyəsini artırmaq üçün yay mövsümündə keçiriləcək imtahanda iştirak edə bilərlər
Hər kəsə gələcək karyerasında uğurlar və müvəffəqiyyətlər arzu edirik
18 apr 2024