Cəzaçəkmə müəssisəsində yeni quraşdırılmış basketbol lövhəsi istifadəyə verilib

30 dekabr tarixində, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, federasiyanın məsul əməkdaşları və milli komanda üzvlərinin iştirakı ilə 9 saylı cəzaçəkmə müəssisəsində məhkumlar üçün nəzərdə tutulmuş yeni basketbol lövhəsi istifadəyə verlimişdir. Tədbiri giriş sözü ilə açan federasiya prezidenti Emin Əmrullayev, cəza çəkən insanları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edərək, ən qısa vaxt ərzində bu bayramları ailələri ilə birgə qeyd etmələrini arzulayıb. Daha sonra milli komandamızın üzvləri məhkumlara yığma komandanın formalarını hədiyyə ediblər.
Qeyd edək ki, federasiyanın təşkilatçılığı ilə yaradılmış basketbol lövhəsi məhkumların istirahət vaxtlarından daha səmərəli istifadə etmələri üçün nəzərdə tutulmuşdur.
Xəbərlər
- Hamısı
- Əsas
- Faydalı

3x3 qadın millimiz Buxarest mərhələsinin çempionudur !
13 iyul 3x3 basketbol üzrə qadın millimiz Qadın Seriyasında Buxarest mərhələsinin final oyununa çıxıb. Qızlarımız ABŞ-nin güclü "Seattle" klubuna 21:18 hesabı ilə qalib gəlib və Rumıniyada hamıdan güclü olaraq çempion ünvanına yiyələnib. Buxarest mərhələsinin ən dəyərli oyunçusu (MVP) millimizin üzvü Brianna Freyzer seçilib. Qeyd edək ki, millimiz keçirdiyi 7 oyunun hamısında rəqiblərinə qalib gəlib. Yarışın sonunda, Arika Karter, Aleksandra Mollenhauer, Brianna Freyzer və Dina Ulyanovadan ibarət olan millimizin heyət üzvləri çempionluğu bayram edib və xatirə şəkilləri çəkdiriblər.
14 iyl 2025

Oğlanlardan ibarət U-16 millimiz Avropa Çempionatını 5-ci sırada tamamlayıb
13 iyul oğlanlardan ibarət U-16 millimiz Avropa Çempionatı C divizionunda sonuncu oyununu keçirib. Yığmamız 5-ci yer uğrunda oyunda Moldova seçməsinə 79:72 hesabı ilə qalib gəlib və Avropa Çempionatı C divizionunun 5-ci ən güclü komandası olub. Gənc basketbolçularımızı Avropa Çempionatında göstərdikləri əzmkar mübarizəyə görə təbrik edir və qarşıdakı yarışlarda uğurlar arzulayırıq.
13 iyl 2025

Qızlarımız debüt etdikləri Avropa Çempionatı B divizionunu uğurlu nəticələrlə yekunlaşdırıb
13 iyul qızlardan ibarət U-18 millimiz Avropa Çempionatı B divizionunda son oyununu keçirib. Qızlarımız 11-12-ci yerlər uğrunda oyunda Lüksemburq seçməsinə 54:67 hesabı ilə məğlub olub və Avropa Çempionatını 21 ölkə arasında 12-ci sırada tamamlayıb. Bütün nəticələri göz önünə aldıqda, qızlarımızın Avropa Çempionatı B divizionunda top ən güclü 12 komanda arasında yer almağı ölkə qadın basketbolumuz üçün kifayət qədər uğurlu nəticədir. Qızlarımızı ilk dəfə iştirak etdikləri Avropa Çempionatı B divizionunda göstərdikləri əzmkar mübarizəyə görə təbrik edir və qarşıdakı yarışlarda uğurlar arzulayırıq