"Sabah" pley-off seriyasındakı ilk qələbəsini qazanıb
![](/BasketballFederationfiles/customfiles/efgfe4jm.mne/ocy1fula.uva.jpg)
![](/BasketballFederationfiles/customfiles/i32ug1fm.eaz/e1z2ofdo.gde.jpg)
![](/BasketballFederationfiles/customfiles/lgs2kg5s.v3h/hnuezn3m.st4.jpg)
![](/BasketballFederationfiles/customfiles/1ado5kfv.j4j/h2bwrjl2.ehi.jpg)
![](/BasketballFederationfiles/customfiles/3dnv2f4w.wzw/x2gzx0cj.oud.jpg)
5 may "Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsinə start verilib. Yarımfinal seriyasının ilk oyununda "Sabah" və "AAAF Xırdalan" komandaları qarşılaşıblar. Oyuna sürətli başlayan "Sabah" basketbolçuları yekunda 86-71 hesablı qələbə qazanıblar. Bu qələbə ilə "Sabah" seriyada 1-0 önə keçib. Yarımfinal seriyasının ikinci oyunu 9 may tarixində baş tutacaq. Ən məhsuldar basketbolçular: "Sabah BK" ( Entoni Patti - 19 xal, 12 ribaund), "AAAF Xırdalan BK" (Deymon Makdouel - 26 xal, 9 asist)
Qeyd edək ki, pley-off mərhələsində ikinci yarımfinal seriyasının ilk oyunu ("NTD" - "Gəncə") 6 may saat 19.30 -da "Sərhədçi" İdman Mərkəzində keçiriləcək
Xəbərlər
- Hamısı
- Əsas
- Faydalı
![](/BasketballFederationfiles/news/unmrd0bv.mhf/m35f1iju.fai.jpeg)
Qızlarımız qrup oyunlarını Ermənistan millisi üzərindəki darmadağınla yekunlaşdırıb
Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunda millimizin sonuncu qrup oyunu baş tutub. B qrupunda qərarlaşmış millimizin rəqibi Ermənistan seçməsi olub. Oyuna sürətli başlayan qızlarımız, rəqib Ermənistan yığmasını 68-42 hesablı darmadağına uğradıblar. Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Deniz Gökçöl (21 xal, 7 ribaund) seçilib. 27 iyul baş tutacaq yarımfinal oyununda millimizin rəqibi Kipr komandası olacaq
25 iyl 2024
![](/BasketballFederationfiles/news/dbzv5wgr.pak/oci4a3ag.s3u.jpeg)
U-18 millimiz Ermənistanı məğlub edərək qrup lideri kimi yarımfinala yüksəlib
Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin son qrup oyunu baş tutub. B qrupunda qərarlaşmış millimizin rəqibi Ermənistan seçməsi olub. Görüş millimizin 76-69 hesablı qələbəsi ilə yekunlaşıb.Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Derin Berköz (18 xal, 5 asist ) seçilib. Yığmamız bu qələbədən sonra qrup lideri olaraq yarımfinala vəsiqə qazanıb. 27 iyul baş tutacaq yarımfinal oyununda millimizin rəqibi Albaniya komandası olacaq
25 iyl 2024
![](/BasketballFederationfiles/news/ncclfxqt.lbq/rnpoxtti.iw0.jpeg)
Qızlarımız ardıcıl ikinci dəfə Avropa çempionudurlar
Cəbəllütariqdə 16 yaşa qədər qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin final oyunu baş tutub. Qızlarımız finalda Kipr seçməsi ilə üz-üzə gəliblər. Oyunun əvvələrindən üstünlüyü ələ keçirən millimiz, Kipr yığması üzərində 69-52 hesablı qələbə qazanaraq, ardıcıl ikinci dəfə Avropa çempionu olub. Avropa çempionatının ən dəyərli oyunçusu (MVP), millimizin üzvü Angelina İsmayılova seçilib
24 iyl 2024