"NTD" seriyadakı hesabı bərabərləşdirib
10 may Gəncə Olimpiya İdman Kompleksində, Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsində "Gəncə" və "NTD" komandaları arasında yarımfinal seriyasının ikinci oyunu baş tutub. Oyunun ilk dəqiqələrindən üstünlüyü ələ keçirən paytaxt klubu bölgədən 105-76 hesablı qələbə ilə ayrılıb. Bu qələbə ilə "NTD" yarımfinal seriyasında hesabı bərabərləşdirib. Ən məhsuldar basketbolçular: "Gəncə BK" (Amil Həmzəyev - 19 xal, 4 ribaund), "NTD BK" (Londel Kinq - 27 xal, 13 ribaund)
Xəbərlər
- Hamısı
- Əsas
- Faydalı
"Xəzri" və "Neftçi" klubları kubokun finalında
17 aprel "Sərhədçi" İdman Mərkəzində, basketbol üzrə Azərbaycan Kubokunun yarımfinal oyunları baş tutub. Günün ilk yarımfinal oyunu "NTD-İNDİQO" və "Xəzri" komandaları arasında baş tutub. Yerli basketbolçuların inamlı oyunu sayəsində "Xəzri" klubu görüşü 78-73 hesablı qələbə ilə tamamlayıb. Ən məhsuldar basketbolçular: "NTD-İNDİQO" (Elşad Şirzadov - 16 xal, 4 ribaund), "Xəzri" (Vüqar Məmişov - 18 xal, 3 ribaund) Günün ikinci yarımfinal oyununda "Neftçi" və "Sərhədçi" klubları qarşılaşıblar. Oyun "Neftçi" klubunun 91-73 hesablı qələbəsi ilə bitib. Ən məhsuldar basketbolçular: "Neftçi" (Ceyms Haforn - 19 xal, 5 ribaund), "Sərhədçi" (Ramiz Quliyev - 15 xal, 4 asist)
Qeyd edək ki, kubokun final oyunu 20 aprel saat 15:00 -da baş tutacaq və İdman TV -də canlı yayımlanacaq
18 apr 2024
3x3 basketbol üzrə qadın millimiz tarixi qələbəyə imza ataraq, "Paris 2024" Olimpiadasında !
14 aprel Honkonqda 3x3 basketbol üzrə "Paris - 2024" Olimpiadasına vəsiqə verən ilk təsnifat mərhələsinə yekun vurulub. Təsnifat mərhələsinin final oyununda 3x3 qadın millimiz güclü Polşa seçməsinə qarşı əlavə vaxta gedən oyununun sonunda 18-17 hesabı ilə qalib gələrək, "Paris-2024" Olimpiadasına vəsiqə qazanıb. Qeyd edək ki, bu Azərbaycanın komanda idman növləri tarixində bir ilkdir
14 apr 2024
"Sabah" ın məğlubiyyəti, "Sərhədçi" ni sonuncu yarımfinalçı edib
27 mart "Sərhədçi" İdman Mərkəzində, basketbol üzrə Azərbaycan Kubokunun "B" qrupunda son iki oyun keçirilib. Günün ilk oyunu "Gəncə" və "Şəki" komandaları arasında baş tutub. Bu oyun "Gəncə" klubunun 85-78 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular: "Gəncə" (Donovan Filds - 20 xal, 7 asist), "Şəki" (Simeus Vebster - 22 xal, 14 ribaund) Günün ikinci oyununda qrupdan çıxmaq uğrunda mübarizə aparan "Sabah" la, "NTD-İNDİQO" üz-üzə gəlib. Bu görüşdə "NTD-İNDİQO" 89-85 hesablı qələbə qazanaraq, "B" qrupunu lider tamamlayıb. "Sabah" ın məğlub olmasından sonra, "Sərhədçi" yarımfinala vəsiqə qazanıb. Ən məhsuldar basketbolçular: "Sabah" (Endər Poladxanlı - 21 xal, 10 ribaund), "NTD-İNDİQO" (Qriffin Remmi - 21 xal, 11 asist) Qeyd edək ki, kubokun yarımfinal oyunları ("NTD-İNDİQO" - "Xəzri", "Neftçi" - "Sərhədçi") 17 aprel tarixində keçiriləcək
27 mar 2024