U-20 millimiz Avropa çempionatının "B" divizionunda
Xəbərlər
- Hamısı
- Əsas
- Faydalı
Qadınlardan ibarət milli komandamız Avropa çempionatında (2029) mübarizəyə başlayır.
11 noyabr tarixində qadın basketbolçulardan ibarət milli komandamız FIBA Qadınlar Avropa Çempionatı 2029-un ilkin təsnifat mərhələsində mübarizəyə start verəcək. A qrupunda yer alan yığmamız qrup mərhələsində İsveçrə, İrlandiya və İslandiya milli komandaları ilə qüvvəsini sınayacaq. Millimiz qrupda ilk oyununu 11 noyabr saat 15:00-da Milli Gimnastika Arenasında İsveçrə seçməsinə qarşı keçirəcək. İkinci oyunumuz eyni arenada 14 noyabr saat 14:00-da İrlandiya yığmasına qarşı baş tutacaq. Qızlarımız 17 noyabrda isə Bakı vaxtı ilə saat 23:30-da səfərdə İslandiya millisinə rəqib olacaq.
Qeyd edək ki, bu oyunlar millimizin yunanıstanlı məşqçisi İoannis Dimantakosun rəhbərliyi altında ilk rəsmi oyunları olacaq. İsveçrə və İrlandiya seçmələrinə qarşı Bakıda oynanılacaq görüşlərin biletlərini saytımızın biletlər bölümündən və ya oyun günü arenanın kassalarından əldə edə bilərsiniz.
05 noy 2026
Azərbaycan Basketbol Federasiyası (ABF) nizam-intizam komitəsinin 2 noyabr tarixli qərarları.
"Neftçi" İK – "Landau Lions" BK oyununda, "Landau Lions" un oyunçusu Ceyms Freyzer oyundan kənarlaşdırılmasına baxmayaraq meydana qayıdaraq qarışıqlıq yaratdığı üçün ABL Əsasnaməsinin 65.1-ci maddəsinin tələblərinin pozulmasına görə növbəti oyundan məhrum edilib və 600 AZN məbləğində cərimələnib. Eyni oyundakı hadisələrə görə "Neftçi" klubunun meneceri Sahib Sultanov qeyri-etik hərəkətlərinə görə ABL Əsasnaməsinin 65.14-cü maddəsinin tələblərinə uyğun olaraq növbəti oyuna buraxılmayıb və 1000 AZN məbləğində cərimələnib. Baş məşqçi Konstantinos Vaseliyadis və oyunçu Miliç Starovla 'ya isə xəbərdarlıq edilib.
"Naxçıvan" BK – "Ordu" İK oyununda, ABL Əsasnaməsinin 62.2 və 62.3-cü maddələrinin tələblərinin pozulmasına görə "Naxçıvan" klubu ümumi olaraq 500 AZN məbləğində cərimələnib.
"Gəncə" BK – NTD BK oyununda, təhlükəsizlik və tibbi xidmətin təşkilindəki nöqsanlara, eləcə də sifariş ərizəsinin vaxtında və düzgün tərtib olunmamasına görə "Gəncə" klubu ABL Əsasnaməsinin 62.1 və 63.2-ci maddələrinin tələblərinin pozulmasına görə ümumilikdə 700 AZN məbləğində cərimələnib.
Tətbiq edilən bütün cərimə məbləğləri 30 iş günü ərzində Azərbaycan Basketbol Federasiyasının (ABF) hesabına ödənilməlidir.
04 noy 2026
"Neftçi" klubu Azərbaycan Basketbol Liqasının (ABL) vahid lideridir.
30 oktyabr - 1 noyabr tarixlərində Azərbaycan Basketbol Liqasında (ABL) 5-ci turun görüşləri keçirilib. ABL-in beşinci turunda baş tutmuş oyunlarda aşağıdakı hesablar qeydə alınıb.
"Naxçıvan" - "Ordu" (76:84)
"Neftçi" - "Landau Lions" (86:84)
"Sumqayıt" - "Sabah" (85:100)
"Gəncə" - NTD (100:80)
Qeyd edək ki, 5 turdan sonra yoluna məğlubiyyətsiz davam edən "Neftçi" klubu çempionatın vahid lideridir. Azərbaycan Basketbol Liqasında (ABL) 6-cı turun oyunları ("Ordu" - "Sabah", "Neftçi" - NTD, "Naxçıvan" - "Landau Lions", "Gəncə" - "Sumqayıt") 6-8 noyabr tarixlərində keçiriləcək.
01 noy 2026